Kürdəmirdə baramaçılıqla bağlı respublika müşavirəsi keçirilib


İqtisadiyyat 14 Fev 2020 15:48:39 56 0

Kürdəmirdə baramaçılıqla bağlı respublika müşavirəsi keçirilib

​Kürdəmir rayonunda “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib

Bu xəbəri də oxu: "Bakı Fond Birjası"nda bir ilk

Kürdəmir rayonunda “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib.

"Report" xəbər verir ki, müşavirədəKənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) rəhbərliyi, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, Azərbaycanın 40 rayonunda barama istehsalı ilə məşğul olan 200-ə yaxın kümçü iştirak edib.

Müşavirədən əvvəl nazir İnam Kərimov, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və tədbir iştirakçıları ölkəmizdə ilk dəfə olaraq Azərbaycan, Türkiyə, Özbəkistan və Çin modelləri əsasında nümunə üçün hazırlanmış mobil tipli kümxanalara baxış keçiriblər. Nazir bildirib ki, ipəkçiliklə məşğul olan hər bir rayon öz ehtiyatları hesabına təqdim olunan modellər əsasında kümxanalar qura bilərlər. O, mobil tipli kümxanalarla bağlı kümçülərin fikirlərini öyrənib, fermerlərlə baramaçılığın və ipəkçiliyin inkişafı istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıb.

Müşavirəni giriş sözü ilə açan C.Cəfərov bildirib ki, Prezident İlham Əliyevin27 noyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində bir sıra addımlar atılıb və həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində baramaçılıq sahəsində yüksək nailiyyətlər əldə edilib: "Ötən il kümçülərimiz 22,6 ton barama tədarük edib ki, bu da 2016-cı il ilə müqayisədə 6,3 dəfə çoxdur. Barama istehsalından kümçülərimiz 204 min manata yaxın gəlir əldə ediblər”.

İ.Kərimov isə çıxış edərək qeyd edib ki, vaxtilə Azərbaycanbarama istehsalına görə SSRİ-də Özbəkistandan sonra 2-ci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə 1-ci yeri tutub: "Bizim əsas məqsədimiz bu ənənəni bərpa etmək, məhsuldarlığı daha da artırmaqdır. Azərbaycanda barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisəsinə təhvil verdikləri baramanın hər kiloqramı üçün5 manat subsidiya verilir. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə dövlət vəsaiti hesabına 2016-2019-cu illər ərzində Çindən4,5 milyon ədəd calaq edilmiş tut tingləri tədarük edilib və bölgü əsasında əvəzi ödənilmədən baramaçılıqla məşğul olan rayonlara paylanılıb. 2019-cu ilin investisiya proqramına uyğun olaraq, Zərdab Füzuli, Bərdə, Ağsu, Zaqatala rayonlarında gücü 200 ton olan yaş barama qurutmaxanalarının və 120 kvadratmetr sahəsi olan inkubasiya otaqlarının tikintisi başa çatmaq üzrədir. Bir sözlə, ölkəmizdə barama istehsalı ilə məşğul olan kümçülərə çoxşaxəli dövlət dəstəyi tədbirləri həyata keçirilir. Çox sevindirici haldır ki, aqrar sahənin bütün sahələrində olduğu kimi baramaçılıqda da inkişaf müşahidə edilir. Ötən il 643 ton barama tədarük olunub ki, bu da 25% artım deməkdir”.

Daha sonra çıxış edən ASK-nın baş direktoru Kamran Nəbizadə “Barama istehsalı və emalı sahəsində hədəflər”, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov “Respublikada barama istehsalı ilə bağlı 2019-ci ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr”, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev “Hibrid ipəkqurdu toxumçuluğu və inkubasiyanın təşkili” mövzusunda çıxış ediblər. Fizuli rayonundan olan kümçü Ağgül Bağırova isə baramaçılığın inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Müşavirədə tut tingləri ilə təminat, hibrid ipəkqurdu toxumçuluğunun inkişaf istiqamətləri, inkubasiyanın təşkili ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
Ermənistanda hərbçiləri daşıyan maşın qəzaya düşdü like
  • 14 Fev 15:46  
Sosial Ermənistanda hərbçiləri daşıyan maşın qəzaya düşdü

Fevralın 14-də hərbçiləri “Muratsan” mərkəzi klinik hospitalından Si

arrow Ətraflı
Təhsil Nazirliyi: Tədbirlər görülməlidir like
  • 14 Fev 15:45  
Sosial Təhsil Nazirliyi: Tədbirlər görülməlidir

Təhsil Texnologiyaları Mərkəzində Təhsil Nazirliyinin aparatının əməkd

arrow Ətraflı
Qızından Rozaya sürpriz like
  • 14 Fev 15:39  
Şou-biznes Qızından Rozaya sürpriz

Müğənni Roza Zərgərlinin qızı Bənövşə anası üçün sürpriz hazırl

arrow Ətraflı
“Samsung”un Direktorlar Şurasının sədri vəzifədən getdi like
  • 14 Fev 15:38  
İqtisadiyyat “Samsung”un Direktorlar Şurasının sədri vəzifədən getdi

“Samsung”un Direktorlar Şurasının sədri vəzifədən getdi

arrow Ətraflı
Ağcabədidə pambıq sahəsindən top mərmisi tapıldı like
  • 14 Fev 15:34  
Sosial Ağcabədidə pambıq sahəsindən top mərmisi tapıldı

Ağcabədidə pambıq sahəsindən tapılan&top mərmisi zərərsizləşdirilib.

arrow Ətraflı
Azərbaycanda tanınmış şəxs "QADIN MANYAKI" ÇIXDI like
  • 14 Fev 15:34  
Şou-biznes Azərbaycanda tanınmış şəxs "QADIN MANYAKI" ÇIXDI

Aparıcı Zümrüd Bədəlova "Hər şey daxil"də onu qarabaqara izl

arrow Ətraflı
Badamdarda yenidən sürüşmə olub - FOTO - YENİLƏNİB like
  • 14 Fev 15:29  
Sosial Badamdarda yenidən sürüşmə olub - FOTO - YENİLƏNİB

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenidən sürüşmə olub.

arrow Ətraflı
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb like
  • 14 Fev 15:29  
Digərləri Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədil

arrow Ətraflı
“Axşam evə gələndə…”  Şoubiznes əhli ETİRAF ETDİ like
  • 14 Fev 15:24  
Şou-biznes “Axşam evə gələndə…” Şoubiznes əhli ETİRAF ETDİ

ARB TV-nin "Show News" verilişi müğənnilərlə maraqlı sorğu

arrow Ətraflı
Prezident: "Yeni inkişaf mərhələsinə qədəm qoyuruq" like
  • 14 Fev 15:23  
Siyasət Prezident: "Yeni inkişaf mərhələsinə qədəm qoyuruq"

"Mənim üçün də konfransda iştirak etmək mühüm əhəmiyyət kəsb edir.

arrow Ətraflı
Bakıda Şanxay Əməkdaşlıq Təşkilatının konfransı keçiriləcək like
  • 14 Fev 15:22  
İqtisadiyyat Bakıda Şanxay Əməkdaşlıq Təşkilatının konfransı keçiriləcək

Aprelin 21-də Bakıda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin

arrow Ətraflı
Emili çimərlik geyimində heyran etdi like
  • 14 Fev 15:19  
Digərləri Emili çimərlik geyimində heyran etdi

"Emrata" adı ilə tanınan cazibədar model Emili Ratakovski növbət

arrow Ətraflı
Badamdarda yenidən sürüşmə olub like
  • 14 Fev 15:14  
Sosial Badamdarda yenidən sürüşmə olub

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenidən sürüşmə olub.

arrow Ətraflı