Ağcabədidə pambıq sahəsindən top mərmisi tapıldı


Sosial 14 Fev 2020 15:34:39 140 0

Ağcabədidə pambıq sahəsindən top mərmisi tapıldı

Ağcabədidə pambıq sahəsindən tapılan&top mərmisi zərərsizləşdirilib.

Ağcabədidə pambıq sahəsindən tapılantop mərmisi zərərsizləşdirilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, fevralın 13-ü saat 15:48-də, Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi ərazisində pambıq sahəsindən mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib vəəraziyə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (BK-14M) aşkar olunub.

Havanın qaranlıq və mərminin partladıcısının üzərində olmasına görə aşkar olunan top mərmisi 2020-ci il 14 fevral tarixində yerində zərərsizləşdirilib.

Top mərmisinin ətrafında 300 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək