“Samsung”un Direktorlar Şurasının sədri vəzifədən getdi


İqtisadiyyat 14 Fev 2020 15:38:17 155 0

“Samsung”un Direktorlar Şurasının sədri vəzifədən getdi

“Samsung”un Direktorlar Şurasının sədri vəzifədən getdi

2018-ci ilin mart ayından“Samsung” şirkətinin Direktorlar Şurasına (DŞ) sədrlik edənLee Sanq-hun vəzifəsini tərk edib.

“Report” “Yonhap”a istinadən xəbər verir ki, buna səbəbonun əmək qanunverciiyinipozması, həmkarlarittifaqlarının fəaliyyətini əngəlləməsi üstündə həbs olunmasıdır.

"Samsung"un DŞ-nın yeni sədri yaxın günlərdə məlum olacaq. Bu vəzifəyə Şura üzvlərindən birinin təyin ediləcəyi gözlənilir.

Xatırladaq ki,Lee Sanq-hun ötən ilin dekabr ayında Seul Mərkəzi Dairə Məhkəməsi tərəfindən təqsirkar bilinərək 18 ay həbs cəzasına məhkum edilib. Bu, DŞ-nın sədri üçün ilk bu kimi hal olsa da, onunla birlikdəşirkətin 26 rəhbər şəxsi müxtəlif cəzalara məhkum ediliblər. Pozuntular arasında alt icraçı şirkətləri bağlamaq, həmkarlar ittifaqlarının fəallarına qarşı çıxıb getmələri üçün müxtəlif çirkin təzyiq vasitələrinə əl atmaq, şirkətlə işçilər arasındakı müqavilələri yubatmaq kimi əməllər var.