Azərbaycanda tanınmış şəxs "QADIN MANYAKI" ÇIXDI


Şou-biznes 14 Fev 2020 15:34:00 157 0

Azərbaycanda tanınmış şəxs "QADIN MANYAKI" ÇIXDI

Aparıcı Zümrüd Bədəlova "Hər şey daxil"də onu qarabaqara izləyən şəxs barədə danışıb.

Son.az xəbər verir ki, xanım aparıcı həmin şəxsin ölkədə yetəri qədər tanınmış adam olduğunu qeyd edib.

Zümrüd onu narahat edən şəxslə hər gün qarşılaşdığını bildirib:

"Məni bir nəfər çox narahat edirdi. Bu insanın İnstaqramda 12 fərqli-fərqli profilləri var idi. Mən bu insanı şikayət elədim. Heç kim bilməsin ki, onları tapmaq qeyri-mümkündür. Yaxşı da münkündür, çox şükür. Müasir dövrdə yaşayırıq. O adamı tapdırtdım. Sadəcə olaraq o profillərin sahibi bu gün Azərbaycanda tanınmış bir adamdır. Adı məndə gizli qalsın. O adam bilsin ki, onun kimliyini bilirik. Artıq özünə də bir-iki dəfə xəbərdarlıq da gedib. O adamı tanıyıram e, hər gün bu insan salam verir mənə. İstəmirəm onu cəzalandıram". 

Vəkil adı gizli saxlanılan şəxsin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cəzalandırıla biləcəyini deyib.