Qızından Rozaya sürpriz


Şou-biznes 14 Fev 2020 15:39:00 162 0

Qızından Rozaya sürpriz

Müğənni Roza Zərgərlinin qızı Bənövşə anası üçün sürpriz hazırlayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, Bənövşə anasının aparıcılıq etdiyi "Bakı vaxtı ilə" proqramına qatılıb. O, ifaçı üçün "Ana" mahnısını səsləndirib.

"Neçə ildir istəyirəm ifaçılıq sənətinə yiyələnsin. Konservatoriyada dördüncü kursda oxuyur, vokal ifaçısıdır. Onun mahnı oxumasına çox sevindim" deyə, Roza bildirib.

Qeyd edək ki, Bənövşə vokal ifaçısıdır və hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistidir.