Prezident İlham Əliyev Münhendə Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb - YENİLƏNİB


Siyasət 14 Fev 2020 15:16:00 79 0

Prezident İlham Əliyev Münhendə Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov ilə görüşüb.

"Report" xəbər verir ki, Baş katibi salamlayan Prezident İlham Əliyev deyib:

- Sabahınız xeyir, xoş gördük.

Baş katib Vladimir Norov: Sabahınız xeyir. Qrafikinizin sıxlığına baxmayaraq, görüşmək üçün imkan tapdığınıza görə bir daha Sizə minnətdarlığımı bildirmək istərdim.

Prezident İlham Əliyev: Sizi görməyə şadam. Mənə görüş haqqında dedilər. Görüşməyə həmişə şadıq, üstəlik, artıq Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusuna malikdir. Təşkilata dialoq üzrə tərəfdaş qismində qoşulmağımız da əməkdaşlığa verdiyimiz əhəmiyyəti təsdiqləyir. Şanxay Əməkdaşlıq Təşkilatının bütün üzv ölkələri ilə yaxşı, yaxın, mehriban qonşuluq münasibətlərimiz var. Biz birlikdə ikitərəfli, bəzən üçtərəfli formatda nəqliyyat, energetika, infrastrukturla bağlı çoxlu mühüm layihələri reallaşdırırıq.

Baş katib Vladimir Norov: İlham Heydər oğlu, deyə bilərəm ki, bu gün Azərbaycan müşahidəçi ölkələr üçün nümunə olaraq dialoq üzrə ən fəal tərəfdaşlardan biridir. Qeyd edim ki, aprelin 21-də Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı məsələləri üzrə konfransının keçirilməsi ilə bağlı Sizin təşəbbüsünüz, Azərbaycanın təşəbbüsü çox vaxtında atılmış mühüm addımdır. Üzv ölkələrin əksəriyyəti artıq bu təşəbbüsü dəstəkləyir. Düşünürəm ki, bu konfrans nəqliyyat sahəsində müvafiq qurumlar arasında sıx əlaqələrin qurulması və əməkdaşlıq məsələlərinin müzakirəsi üçün vacib meydança olacaq.

Görüşdə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı fəal tərəfdaşlıq üzrə dialoq statusunda rolu xüsusi qeyd olunub. Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq çərçivəsində bu il nəqliyyat məsələlərinə həsr olunacaq konfransın keçiriləcəyi bildirilib.

Söhbət zamanı Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün Şanxay Əməkdaşlıq Təşkilatına göndərilən dəvət yüksək qiymətləndirilib və təşkilatın da geniş tərkibli nümayəndə heyəti ilə bu seçkilərdə iştirak etdiyi, seçkilərin azad, ədalətli, demokratik şəkildə keçirildiyi diqqətə çatdırılıb. Həmçinin Azərbaycanda əhatəli islahatların həyata keçirildiyi qeyd edilib.

Görüşdə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyi, təşkilatın bütün üzv ölkələri ilə yaxşı münasibətlərə malik olduğu vurğulanıb.

*** 11:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov ilə görüşüb.

"Report"un xəbərinə görə, dövlət başçısının Almaniyaya səfəri davam edir.

Badamdarda yenidən sürüşmə olub like
  • 14 Fev 15:14  
Sosial Badamdarda yenidən sürüşmə olub

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenidən sürüşmə olub.

arrow Ətraflı
Azərbaycan Prezidenti Almaniyada səfərdədir - YENİLƏNİB like
  • 14 Fev 15:14  
Siyasət Azərbaycan Prezidenti Almaniyada səfərdədir - YENİLƏNİB

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-c

arrow Ətraflı
Çin koronavirusla mübarizəyə ayırdığı vəsaiti açıqlayıb like
  • 14 Fev 15:13  
Dünya Çin koronavirusla mübarizəyə ayırdığı vəsaiti açıqlayıb

Çin hökumətinin yeni koronavirus epidemiyasına nəzarət tədbirləri üçü

arrow Ətraflı
Nazir müavini Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü like
  • 14 Fev 15:11  
Sosial Nazir müavini Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü

Fevralın 14-də Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini gene

arrow Ətraflı
Şakira CeyLo şousuna görə 867 trilyon dollar tələb edir like
  • 14 Fev 15:09  
Digərləri Şakira CeyLo şousuna görə 867 trilyon dollar tələb edir

Amerikanın tanınmış rahibi, keçmiş futbol məşqçisi Dave Daubenmire &quo

arrow Ətraflı
Azərbaycan Prezidenti Küveytin Baş Naziri ilə görüşdü like
  • 14 Fev 15:01  
Siyasət Azərbaycan Prezidenti Küveytin Baş Naziri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen

arrow Ətraflı
İlham Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşdü like
  • 14 Fev 15:01  
Siyasət İlham Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen

arrow Ətraflı
Prezident İlham Əliyev Münxendə Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb  FOTO like
  • 14 Fev 15:01  
Siyasət Prezident İlham Əliyev Münxendə Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen

arrow Ətraflı
İsmayıllıda özünü asan gənc son anda xilas edilib like
  • 14 Fev 14:59  
Digərləri İsmayıllıda özünü asan gənc son anda xilas edilib

İsmayıllı rayonunda intihara cəhd hadisəsi baş verib.

arrow Ətraflı
Ötən ay ərzində Azərbaycana 226 mindən artıq turist gəlib like
  • 14 Fev 14:56  
Digərləri Ötən ay ərzində Azərbaycana 226 mindən artıq turist gəlib

2020-ci ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min

arrow Ətraflı
Prezident Münhendə "dəyirmi masa"da iştirak edib like
  • 14 Fev 14:54  
İqtisadiyyat Prezident Münhendə "dəyirmi masa"da iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen

arrow Ətraflı
Çin koronavirusla mübarizəyə 11,5 milyard dollar ayırıb like
  • 14 Fev 14:52  
Dünya Çin koronavirusla mübarizəyə 11,5 milyard dollar ayırıb

Çin hökumətinin koronavirusla mübarizəyə ayırdığı vəsaitin həcmi mə

arrow Ətraflı