"Azərişığ"ın sədri müşavirə keçirdi


İqtisadiyyat 14 Fev 2020 14:35:21 88 0

"Azərişığ"ın sədri müşavirə keçirdi

“Azərişıq” ASC-də qurumun sədri Vüqar Əhmədovun iştirakı ilə 2019-cu ilin yekunlarına və 2020-ci ildə görüləcək işlərə, qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

“Azərişıq” ASC-də qurumun sədri Vüqar Əhmədovun iştirakı ilə2019-cu ilin yekunlarına və 2020-ci ildə görüləcək işlərə, qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

"Report" xəbər verir ki, müşavirədə səhmdar cəmiyyətinin departament direktorları, idarə və şöbə rəisləri, habelə Regional Enerji Təchizatı və Satışı İdarələrinin rəhbərləri iştirak edib.

Çıxış edən V.Əhmədov diqqəti əvvəlcə rəhbərlik etdiyi qurumun 5 yaşının tamam olmasına yönəldib vəson 5 ildə görülmüş işlər barədə danışıb: "10 fevral 2015-ci il tarixindəPrezident İlham Əliyevin imzaladığı sərəncamla “Bakıelektrikşəbəkə” ASC-nin bazasında “Azərişıq”yaradıldı. Məqsəd bütün bölgələrin elektrik enerjisi ilə təchizatını paytaxt Bakının səviyyəsinə çatdırmaq, istehlakçılara yüksək keyfiyyətlə xidmət göstərmək idi. Ölkə rəhbərinin bununla bağlı qarşıya qoyduğu vəzifələr kifayət qədər böyük və məsuliyyətli idi. “Azərişıq” yaradıldıqdan dərhal sonra rəhbərlik və qurumun mütəxəssisləri mövcud vəziyyəti öyrənərək fəaliyyət planını tərtib etdilər - geniş miqyaslı təmir, yenidənqurma və tikinti işlərinə başlanıldı. İcrasına başlanılmış Proqramın I hissəsini elektrik şəbəkələrinin reabilitasiyasını əhatə edən tədbirlər təşkil edirdi ki, bu da regionlardakı istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, kənd təsərrüfatının inkişafı üçün suvarma sistemlərinin elektrik təminatının yenidən qurulmasına, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsinə gətirib çıxardı. Fiziki və mənəvi cəhətdən köhnəlmiş elektrik dirəkləri, naqillər, transformatorlar yeniləri ilə əvəzlənərək, müasir tipli yarımstansiyalar və Komplekt Transformator Məntəqələri (KTM) quraşdırıldı. Maddi-texniki baza kökündən yenilənərək ən müasir texnoloji avadanlıqlarla təchiz olundu”.

V.Əhmədov əlavə edib ki, regional şəbəkələrin yenidən qurulması və yeni texnoloji avadanlıqlarla təchiz olunması ilə bərabər onların idarə edilməsi, normativlərə əməl olunması, yeni kadr potensialının formalaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir: "Əsas vəzifəmiz prezidentin tapşırığına əsasən, ölkə ərazisində istehlakçıları keyfiyyətli, etibarlı və səmərəli şəkildə elektrik enerjisi ilə təmin etmək,dövlətbaşçısının etimadını yüksək səviyyədə doğrultmaqdır. Ötən 5 il deməyə əsas verir ki, biz bu yolda inamla irəli gedirik”.

Daha sonra Cəmiyyətin sədri qarşıda duran vəzifələrdən söz açıb, toplantı iştirakçılarına ayrı-ayrılıqda öz tövsiyə və tapşırıqlarını verib.

Xatırladaq ki,2015-2019-cu illərdə Azərbaycanda 41 ədəd 110 kV-luq Yarımstansiyanın (YS), 110 ədəd 35 kV-luq YS-nın, 135 ədəd 10-6 kV-luq TM-in və 3 943 ədəd 10-6 kV-luq KTM-in tikintisini həyata keçirib.Bundan əlavə qeyd edilən dövrdə “Azərişıq” 35 505 km uzunluğunda müxtəlif gərginlikli Elektrik Veriliş Xətlərinin çəkilişini, 42 ədəd 110 kV-luq YS–nin, 258 ədəd 35 kV-luq YS-nin, 12 300 ədəd 10-6 kV-luq TM və KTM-lərin, 22 min km müxtəlif gərginlikli EVX-lərin təmirini və 590 yaşayış məntəqəsinin 0,4 kV-luq elektrik şəbəkələri tam yenidən qurulmasını həyata keçirib.Gücü 55 MVt təşkil edən Yeni Yaşma və Şurabad qəsəbələrində külək elektrik stansiyaları bərpa olunaraq elektrik şəbəkələrinə qoşulub.

Hazırda Bakı şəhəri, Binəqədi rayonunda 110/35/6 kV-luq 91 saylı, Ağsu rayonunda “Ağabəyli”, Quba rayonunda “Rustov”, İmişli rayonunda “Muğanlı” və “Aranlı”, Şamaxı rayonunda “İqamətgah” 35 kV-luq yarımstansiyaların tikintisi aparılır. 2020-ci ildə 77 kəndin 0,4 kV-luq elektrik şəbəkələrinin yenidənqurulması nəzərdə tutulur ki, hazırda 20 kənddə bu istiqamətdə işlər davam etdirilir. Hər region üzrə 5 ədəd 35 kV-luq yarımtansiyanın əsaslı təmir işlərinin aparılması planlaşdırılıb. 27 dağ kəndinin elektrik şəbəkələrinin yenidənqurulması üçün layihə işləri aparılır.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
Vilayət Eyvazov polkovniki işdən çıxardı like
  • 14 Fev 14:34  
Digərləri Vilayət Eyvazov polkovniki işdən çıxardı

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Nəqliyyatda Baş Pol

arrow Ətraflı
Çindən təxliyyə edilən azərbaycanlılarda koronavirus aşkarlanmadı like
  • 14 Fev 14:29  
Digərləri Çindən təxliyyə edilən azərbaycanlılarda koronavirus aşkarlanmadı

Çinin Uxan şəhərindən Türkiyəyə təxliyə edilən şəxslərdə yeni nö

arrow Ətraflı
İnam Kərimov: "Ötən il 643 ton barama tədarük olunub" like
  • 14 Fev 14:24  
Digərləri İnam Kərimov: "Ötən il 643 ton barama tədarük olunub"

"Ötən il 643 ton barama tədarük olunub ki, bu da 25% artım deməkdir&q

arrow Ətraflı
Bu halda sürücüləri 500 manatdan 800 manata qədər cərimə gözləyir like
  • 14 Fev 14:19  
Digərləri Bu halda sürücüləri 500 manatdan 800 manata qədər cərimə gözləyir

Bir müddət əvvəl avtomobillərdə dəbdə olan səs siqnalları, sayrışan

arrow Ətraflı
Vilayət Eyvazov şöbə rəisini işdən çıxartdı like
  • 14 Fev 14:17  
Sosial Vilayət Eyvazov şöbə rəisini işdən çıxartdı

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Xətt Poli

arrow Ətraflı
Bakıda qeyri-adi görünüşə malik yerüstü piyada keçidi inşa edilir - VİDEO like
  • 14 Fev 14:16  
İqtisadiyyat Bakıda qeyri-adi görünüşə malik yerüstü piyada keçidi inşa edilir - VİDEO

Bakıda qeyri-adi görünüşə malik yürüstü piyada keçidi inşa edilir

arrow Ətraflı
Gürcüstanda qatar yandı, sərnişinlər təxliyə edildi - VİDEO - YENİLƏNİB like
  • 14 Fev 14:14  
Dünya Gürcüstanda qatar yandı, sərnişinlər təxliyə edildi - VİDEO - YENİLƏNİB

Gürcüstanda Zuqdidi-Tbilisi sərnişin qatarında yanğın baş verib.

arrow Ətraflı
Ekspert: Dünya əhalisinin üçdə biri yeni növ koronavirusa yoluxa bilər like
  • 14 Fev 14:09  
Dünya Ekspert: Dünya əhalisinin üçdə biri yeni növ koronavirusa yoluxa bilər

"Yer kürəsi əhalisinin üçdə bir hissəsi yeni növ koronavirusa yolux

arrow Ətraflı
BNA: Tələblərə cavab verməyən sahibkarla müqaviləyə xitam veriləcək like
  • 14 Fev 14:06  
Sosial BNA: Tələblərə cavab verməyən sahibkarla müqaviləyə xitam veriləcək

Yaxın vaxtlarda Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən daha bir müntə

arrow Ətraflı
Qubada istirahət mərkəzində yanğın olub like
  • 14 Fev 14:04  
Digərləri Qubada istirahət mərkəzində yanğın olub

Quba rayonunda istirahət mərkəzinin ərazisində ümumi sahəsi 160 m² olan

arrow Ətraflı
Tramp bunu like
  • 14 Fev 13:59  
Dünya Tramp bunu

"ABŞ prezidenti Donald Tramp öz administrasiyasının əməkdaşlarına d

arrow Ətraflı
Bakıda müştəri taksi çağırdı, aldığı cavabdan like
  • 14 Fev 13:57  
Digərləri Bakıda müştəri taksi çağırdı, aldığı cavabdan

Son.az-ın redaksiyasına taksi şirkəti kimi fəaliyyət göstərən BOLT-dan

arrow Ətraflı
Azərbaycan İranla sərhəddə körpü tikmək istəyir like
  • 14 Fev 13:55  
İqtisadiyyat Azərbaycan İranla sərhəddə körpü tikmək istəyir

Layihəni iki ölkə birgə maliyyələşdirə bilər

arrow Ətraflı
"Əvvəl sanballı müğənnilər efirə çıxardı" like
  • 14 Fev 13:54  
Şou-biznes "Əvvəl sanballı müğənnilər efirə çıxardı"

"Əvvəl senzura var idi, bayağı mahnılar, ara müğənniləri efirə bu

arrow Ətraflı