Ekspert: Dünya əhalisinin üçdə biri yeni növ koronavirusa yoluxa bilər


Dünya 14 Fev 2020 14:09:00 126 0

Ekspert: Dünya əhalisinin üçdə biri yeni növ koronavirusa yoluxa bilər

"Yer kürəsi əhalisinin üçdə bir hissəsi yeni növ koronavirusa yoluxa bilər".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Florida ştatı Universiteti yanında Yoluxucu Xəstəliklərin Statistikası Mərkəzinin rəhbərlərindən biri və Ümumdünya Səhiyyə Təşkilatının eksperti Ayra Loncini deyib. O qeyd edib ki, karantinlər yalnız xəstəliyin yayılmasını yavaşladır, çünki yeni növ koronavirus bu tədbirlər alınmadan öncə Çindən kənara çıxıb.

Ekspert vurğulayır ki, hazırda hər COVID-19 koronavirusuna yoluxmuş insandan bu xəstəlik orta hesabla iki və ya üç nəfərə keçir. Bu isə Yer kürəsinin əhalisinin təxminən üçdə birinin virusa yoluxmasına gətirib çıxara bilər.

Onun sözlərinə görə, virusun yayılma sürətini iki dəfə azaldacaq üsul tapılsa belə, planetin təxminən 30 faiz əhalisi COVID-19 koronavirusuna yoluxa bilər: "İzolyasiya və karantin virusun qarşısını ala bilməz".

Qeyd edək ki, dekabr ayının sonunda Çin hakimiyyətində Hubey əyalətinin Uhan şəhərində yeni növ koronavirusun yaylması barədə məlumat veriblər. Fevralın 11-i Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusa COVID-19 adı verib.