Tramp bunu


Dünya 14 Fev 2020 13:59:00 122 0

Tramp bunu

"ABŞ prezidenti Donald Tramp öz administrasiyasının əməkdaşlarına digər ölkələrin liderləri ilə danışıqlarını dinləməyi qadağan edə bilər".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu D.Tramp "IHeart" radiostansiyasına müsahibəsi zamanı bildirib.

D.Tramp deyib: "Bu, onların uzun illər ərzində məşğul olduqları şeydir: sən digər ölkələrin liderlərinə zəng etdiyin zaman insanlar dinləyir. Mən bu təcrübəni tamamilə dayandıra bilərəm".

ABŞ prezidentinin sözlərinə görə, onun danışıqlarını təxminən 25 nəfər dinləyir.