Samux sakini güllələndi


Sosial 14 Fev 2020 13:01:25 172 0

Samux sakini güllələndi

Samux sakini həmyerlisini güllələyib.

Samux sakini həmyerlisini güllələyib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fevralın 13-də Göygöl rayonunun Əlmədətli kəndi ərazisində Samux rayon sakini, əvvəllər məhkum olunmuş Y.Musayevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Şaiq Əhmədova xəsarət yetirməsi barədə GöygölRayon Polis Şöbəsinə (RPŞ)məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Musayev Samux RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “TOZ-M” markalı tüfəng ondan götürülüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.