Məhkəmə iş adamına şərti cəza verdi


Sosial 14 Fev 2020 13:04:22 53 0

Məhkəmə iş adamına şərti cəza verdi

Abşeron rayonunda mişardaşı karxanası və əhəngdaşı yataqlarında qanunsuz fəaliyyət göstərən sahibkar Xaləddin Yarıyevə şərti cəza verilib

Abşeron rayonunda mişardaşı karxanası və əhəngdaşı yataqlarında qanunsuz fəaliyyət göstərən sahibkar Xaləddin Yarıyevə şərti cəza verilib.

“Report”un xəbərinə görə, Abşeron Rayon Məhkəməsi X.Yarıyevin 4 il 6 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsi barədə hökm çıxarıb.

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək X.Yarıyev barədə şərti məhkumetmənin ləğv edilməsini istəyib.

Sumqayıt Apellyasiya Məhkəməsi protesti təmin etməyib və X.Yarıyev barədə şərti cəza qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən aparılan monitorinqlərin nəticəsində 22 hüquqi və 26 fiziki şəxsin Abşeron rayonu, Bakı şəhərinin Qaradağ, Səbail və Xəzər rayonları ərazisində yerləşən əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri aparmaları ilə əlaqədar toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İstintaq zamanı həmçinin, qeyd edilən 48 sahibkarlıq subyektindən 29-nun “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması”na dair müvafiq icra hakimiyyəti orqanı olan Fövqəladə Hallar Nazirliyindən lisenziya almadan fəaliyyət göstərmələri müəyyən olunub.

Aparılmış istintaqla qeyd edilən sahibkarların istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh müəyyən edilmiş şəxs kimi həmin qaydaları pozmalarının ağır nəticələrə səbəb olmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına, bununla da "Günəş" kooperativinin rəhbəri Yarıyev Xaləddin Böyükağa oğlunun 337 min manat ziyan vurması müəyyən edilib.

Xaləddin Yarıyevə Cinayət Məcəlləsinin192.2.1-ci (külli miqdarda ziyan vurmaqla qanunsuz sahibkarlıq) 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

İbtidai istintaq zamanı X.Yarıyev tərəfindən 337 321 min manat ziyandan 109 min 400 manatı ödənilib.

Azərbaycan nefti bahalaşır like
  • 14 Fev 13:04  
Digərləri Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Samux sakini güllələndi like
  • 14 Fev 13:01  
Sosial Samux sakini güllələndi

Samux sakini həmyerlisini güllələyib.

arrow Ətraflı
Bakıda yük maşınını qaçıran şəxs tutuldu like
  • 14 Fev 12:59  
Digərləri Bakıda yük maşınını qaçıran şəxs tutuldu

Binəqədi rayonu ərazisində yük maşını qaçırılıb.

arrow Ətraflı
Bəzi yerlərdə duman, zəif çiskin olacaq...  HAVA PROQNOZU like
  • 14 Fev 12:57  
Digərləri Bəzi yerlərdə duman, zəif çiskin olacaq... HAVA PROQNOZU

15 fevralda gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Məşhur iş adamına məxsus şirkət yenidən təşkil olunur like
  • 14 Fev 12:53  
İqtisadiyyat Məşhur iş adamına məxsus şirkət yenidən təşkil olunur

“Şərur” Mənzil-Tikinti Kooperativi (MTK) yenidən təşkil olunur

arrow Ətraflı
Nazpəriyə gələn məktub EFİRDƏ AÇILDI like
  • 14 Fev 12:52  
Şou-biznes Nazpəriyə gələn məktub EFİRDƏ AÇILDI

"Nazpəri xanım, ürəyiniz boşdur, yoxsa doludur?"

arrow Ətraflı
Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının bir qrupu Vətənə qayıtdı like
  • 14 Fev 12:51  
Siyasət Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının bir qrupu Vətənə qayıtdı

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli

arrow Ətraflı
Yataqda qadınlar üçün ən ideal həzz müddəti açıqlandı like
  • 14 Fev 12:49  
Digərləri Yataqda qadınlar üçün ən ideal həzz müddəti açıqlandı

"Journal of Sexual Medicine" dərgisində qadınların yataqda həzz a

arrow Ətraflı
Sabahın hava proqnozu açıqlandı like
  • 14 Fev 12:45  
Sosial Sabahın hava proqnozu açıqlandı

15 fevralda gözlənilən hava şəraiti

arrow Ətraflı
Türkiyədə karantində olan azərbaycanlılar sabah Vətənə qayıdacaqlar like
  • 14 Fev 12:41  
Sosial Türkiyədə karantində olan azərbaycanlılar sabah Vətənə qayıdacaqlar

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca karantin müddəti bitən təxliyə

arrow Ətraflı
Keremcem 5 ildən sonra səhnəyə qayıdır like
  • 14 Fev 12:39  
Digərləri Keremcem 5 ildən sonra səhnəyə qayıdır

Türkiyəli müğənni Keremcem "Gitmişsin çoktan" adlı sinqlı il

arrow Ətraflı
İmişlidə polis əməliyyat keçirdi, saxlanılanlar var like
  • 14 Fev 12:38  
Sosial İmişlidə polis əməliyyat keçirdi, saxlanılanlar var

İmişli rayonunda narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul ol

arrow Ətraflı
Vyetnamda çinlilər karantinə götürülüb like
  • 14 Fev 12:37  
Dünya Vyetnamda çinlilər karantinə götürülüb

Vyetnama Ay təqvimli Yeni il bayramı tətilindən sonra işə qayıdan 5 100-d

arrow Ətraflı