Azərbaycanlılar Türkiyədə ev alışını artırıb


İqtisadiyyat 14 Fev 2020 13:23:55 154 0

Azərbaycanlılar Türkiyədə ev alışını artırıb

​Yanvarda azərbaycanlılar Türkiyədə 99 ev alıb

Bu ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 99 mənzil alıb.

“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2019-cu ilin yanvar ayı ilə müqayisədə 4 mənzil və ya 4,2% çoxdur.

Qeyd edək ki, ümumilikdə yanvar ayında 3 945 xarici vətəndaş Türkiyədə mənzil alıb ki, bu da 2019-cu ilin ilk ayı ilə müqayisədə 745 ədəd və 23,3% çoxdur.

Bu ilin ilk ayında Türkiyədə ən çox mənzil alan xarici vətəndaşların sayına görə İraq siyahıda ilk yerdə qərarlaşıb. Bu ilin yanvar ayında iraqlılar Türkiyədə 739 mənzil əldə ediblər. Bu isə ötən ilin yanvar ayı ilə müqayisədə 134 ədəd və ya 22,15% çoxdur.

Siyahıda sonrakı yeri İran tutur. Bu ölkənin vətəndaşları yanvarda 678 mənzil satın alıblar. Bu isə ötən ilin yanvar ayı ilə müqayisədə 373 ədəd və ya 2,2 dəfə çoxdur.

İlk üçlüyü isə rusiyalılar tamamlayır. Bu ölkənin vətəndaşları ötən ay Türkiyədə 254 mənzil əldə ediblər. Bu da 2019-cu ilin ilk ayı ilə müqayisədə 59 ədəd və ya 30,25% çoxdur.

Xatırladaq ki, 2019-cu il ərzində Azərbaycanın 1 191 vətəndaşı Türkiyədə mənzil alıb. Bu, 2018-ci ilin göstəriciləri ilə müqayisədə 59 mənzil və ya 4,7% azdır. Ümumilikdə 2019-cu il ərzində Türkiyədə 45 967 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2018-ci illə müqayisədə 5 923 ədəd və ya 14,8% çoxdur.