Canlı efirdə göz yaşı tökən Niyam: “Mən daha çox sevirəm”


Şou-biznes 14 Fev 2020 13:24:00 148 0

Canlı efirdə göz yaşı tökən Niyam: “Mən daha çox sevirəm”

ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı Niyam Salami olub. Son.az xəbər verir ki, Niyam Salami doğum günündə ana həsrətindən göz yaşı tökdü: "Həmişə doğum günümdə anam yanımda olurdu. Mənim könlümü heç nə ilə ala bilməyəcəksiz, mümkün deyil! Bilmirəm neçə yaşına qədər, amma ana mənim ən kövrək yerimdi. Bu hamı üçün belədir. Ana ilə bala arasındakı məhəbbət elədir ki, kimsə deyə bilməz ki, mən anamı səndən daha çox sevirəm. İnsan olan şəxs ana və ata əziyyətini bilmirsə, ondan heç nə olan deyil. Ana mənim udqunan nöqtəmdir".

Son.az