Badamdarda yenidən torpaq sürüşməsi oldu


Digərləri 14 Fev 2020 13:14:00 135 0

Badamdarda yenidən torpaq sürüşməsi oldu

Bakının Səbail rayonunda yenidən torpaq sürüşməsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Badamdar şossesinin ətrafındakı yamacda qeydə alınıb.

Yamacda baş verən sürüşmə nəticəsində torpaq axını yenidən aktivləşib. Torpaq axını bu gün səhər saatlarında yağışdan sonra başlayıb.

Aidiyyəti qurum əməkdaşları hadisə yerinə yollanıb.