Coli yenidən övladlığa uşaq götürür


Digərləri 14 Fev 2020 13:09:00 108 0

Coli yenidən övladlığa uşaq götürür

Hollivudu ulduzu Ancelina Coli övladlığa yenidən uşaq götürməyə hazırlaşır.

Son.az axşam.az-a istinadən bildirir ki, aktrisa artıq Suriya, Haiti və Efiopiyadan uşaq axtarışlarına da başlayıb.

Bu barədə aktrisaya yaxın mənbələrdən biri "Ok" jurnalına müsahibəsində bildirib:

"Ancelina ailəsini genişləndirmək istəyir. Bred artıq ondan ayırılıb. Böyük oğlu təhsillə bağlı gedib. Ev demək olar ki, boşdur. Əslində bunu çoxdan etmək istəyirdi, amma Bred bu fikrə həmişə qarşı çıxırdı".