Nazpəriyə gələn məktub EFİRDƏ AÇILDI


Şou-biznes 14 Fev 2020 12:52:00 142 0

Nazpəriyə gələn məktub EFİRDƏ AÇILDI

"Nazpəri xanım, ürəyiniz boşdur, yoxsa doludur?"

Son.az xəbər verir ki, bu sualı Tarix Əliyev (Tolik) "Hər şey daxil"də qonağı olan Xalq artistinə ünvanlayıb.

Xanım sənətçi "Mənim ürəyim hər zaman doludur, sevgi ilə doludur" cavabı ilə diqqət çəkib.

Aparıcı Tolik efirdə Nazpəri xanım üçün göndərilən gül dəstəsinin studiyaya gətirilməsini xahiş edib:

"Mənə dünən gül salonundan zəng gəldi. Mən verilişimdə yalandan nəsə eləməyi xoşlamıram. Çünki süni alınır. Zəng vurub dedilər ki, sabah bizim vaxtımız yoxdur, bir şey var gəl onu apar. Sabah efirdə Nazpəri xanıma verməlisən. O axşamdan mənim maşınımdadır. Bu güldür. Nazpəri xanım üçün bir gül gəlib. Bunu gül salonu göndərməyib. Gülü bir adam göndərib, amma adını da deməyib. Burada bir məktub var. Oxuyuram: "Səni ulduzlara oxşadıram. Onlar qədər etkiləyici, cəlbedici və gözəlsən. Amma aranızda bir tək fərq var - Onlar milyonlarla, sən isə bir dənəsən. Sevirəm səni, Nazlı Pərim". 

Nazlı Pərim sözünü sizə kim deyir?".