Türkiyədə karantində olan azərbaycanlılar sabah Vətənə qayıdacaqlar


Sosial 14 Fev 2020 12:41:25 153 0

Türkiyədə karantində olan azərbaycanlılar sabah Vətənə qayıdacaqlar

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca karantin müddəti bitən təxliyə edilmiş 42 nəfərlə bağlı mətbuatın suallarını cavablandırıb.

Fahrettin Koca

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca karantin müddəti bitən Çindən təxliyə edilmiş 42 nəfərlə bağlı mətbuatın suallarını cavablandırıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, nazir Fahrettin Koca Uhandan təxliyə edilən, aralarında azərbaycanlıların da olduğu xarici vətəndaşların təyyarə rezervasiya ilə əlaqədar Türkiyədə bir gün artıq qalacaqlarını açıqlayıb.

“14günlük müddətdə xəstəlik aşkarlanmayıb. Bu gün çıxan nəticələrin neqativ olduğunu, yəni koronavirusun olmadığını rahatlıqla söyləyə bilərik. 42 nəfərin hamısı ilə görüşmüşəm. Xarici vətəndaşlar isə daha 1 günqalmaq istədiklərini deyiblər. Təxliyəni yaxşıtəşkil edən yeganə ölkə oluğumuzu xüsusibildirmək istəyirəm”,- nazir vurğulayıb.