İmişlidə polis əməliyyat keçirdi, saxlanılanlar var


Sosial 14 Fev 2020 12:38:37 147 0

İmişlidə polis əməliyyat keçirdi, saxlanılanlar var

İmişli rayonunda narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

İmişli rayonunda narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri həyata keçirilib.

Nəticədə rayonun Çaxırlı kəndi ərazisində Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Sultanov Bəhlul Bəhram oğlu və Xaçmaz rayon sakini, 1988-ci il təvəllüdlü Abbasov Vüqar Tahirmirzə oğlu saxlanlıb.

Əməliyat zamanı B.Sultanovun idarə etdiyi 90-GR-062 dövlət nömrə nişanlı "KİA" markalı avtomobilə baxış keçirilən zaman külli miqdarda yəni 2 kq 735 qram narkotik vasitə olan heroin və 835 qram metefatamin aşkar edilib.

Hazırda faktla bağlı cinayət işi açılıb istintaq davam etdirilir.