Bakıda metroda qadın özünü qatar yoluna atdı


Digərləri 14 Fev 2020 12:34:00 153 0

Bakıda metroda qadın özünü qatar yoluna atdı

Bakı metrosunda hadisə baş verib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hadisə metronun "Memar Əcəmi" stansiyasında baş verib: "Stansiyada qadın qəfil qatar relsinə düşüb. Dərhal qatarların hərəkəti dayandırılıb. Qadın qatar yolundan çıxarılaraq polisə təhvil verilib. Nəticədə qatarların hərəkətində gecikmə olub. Hazırda interval bərpa olunub".