Serenay ilə eşq yaşayan Cem ilk dəfə açıqlama verdi


Digərləri 14 Fev 2020 12:29:00 166 0

Serenay ilə eşq yaşayan Cem ilk dəfə açıqlama verdi

Defne Samyeli ilə boşanan məşhur türkiyəli aktyor Cem Yılmaz gənc aktrisa Serenay Sarıkaya eşq yaşamağa başlayıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, ötən gün Yunanıstanın paytaxtı Afinada Serenay ilə fotoları çəkilən Cem Yılmaz bu münasibət haqqında ilk dəfə danışıb.

Reklam üzü olduğu yanacaq şirkətinin tanıtımı üçün təşkil olunan ziyafətə gələn Cem Yılmaz məkanın qarşısında jurnalistlərlə söhbət edib. O, "möhtəşəm bir həyatım var. Afina tətilim çox gözəl keçdi" deyib. 

Serenayla aralarında 18 yaş fərq olan Cem Yılmaz jurnalistin yaş fərqi ilə bağlı sualına gülərək "şəxsiyyət vəsiqəsi verən orqandan gəlibsiniz?" cavabını verib. Əhvalı olduqca yaxşı olan Yılmaz gözəl suallarına görə jurnalistlərə təşəkkür edərək, oradan uzaqlaşıb.