Əli Əhmədov: "Bir neçə nəfərin qanunsuz aksiya keçirmək cəhdi seçki ilə əlaqədar beynəlxalq təşkilatların rəyini dəyişə bilməz"


Siyasət 14 Fev 2020 11:11:00 53 0

Əli Əhmədov: "Bir neçə nəfərin qanunsuz aksiya keçirmək cəhdi seçki ilə əlaqədar beynəlxalq təşkilatların rəyini dəyişə bilməz"

"Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri radikal müxalifəti ciddi şəkildə sarsıtdı".

Son.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov Trend-ə deyib.

Ə.Əhmədov bildirib ki, radikal müxalifət partiyaları seçkilərdə iştirak etməkdən imtina etdilər və guya öz aləmlərində bunu boykot kimi xarakterizə etməyə çalışdılar:

"Amma əsl həqiqət bundan ibarətdir ki, Azərbaycan cəmiyyətində hər hansı bir dəstəyinin olmadığını onların özləri də dərk edirlər və təbii ki, ictimai dəstək olmadığı halda seçkilərdə iştirak etmək real nəticə verməyəcək. Belə olan halda radikalçılar Azərbaycanda seçkilərə qara yaxmaqdan başqa bir yol seçə bilmədilər. Əlbətə ki, bu, artıq onların ənənələrinə çevrilib. Çünki bütövlükdə Azərbaycana qara yaxmaq, ölkəmizlə bağlı beynəlxalq təşkilatlarda fərqli bir təsəvvür yaratmaq üçün istənilən bir bəhanə axtarmağa çalışırlar. Onlar, eləcə də seçki kampaniyasına və onun artıq elan olunan nəticələrinə kölgə salmağa çalışırlar.

Radikal müxalifət çox az sayda adamları küçəyə çıxarmaqla, onları müxtəlif yollarla təhrik etməklə və yaxud hansısa formada həvəsləndirməklə seçkinin nəticələrinə guya ki, ciddi etiraz olduğu görüntüsü yaratmağa çalışırlar. Ancaq nə yaxşı ki, beynəlxalq təşkilatların bəzi nümayəndələri hələ də Azərbaycandadır və onlar öz gözləri ilə görürlər ki, Azərbaycanda seçkinin nəticələrinə cəmiyyətdə tamamilə normal, adekvat bir münasibət mövcuddur, ona görə ki, vətəndaşlar istədikləri namizədlərə səs veriblər".

Ə.Əhmədov vurğulayıb ki, bir neçə nəfərin çox çirkli və şübhəli məqsədlərlə seçkinin nəticələrinə qarşı kampaniya təşkil etməsi, qanunsuz aksiya keçirməyə cəhdləri Azərbaycanda keçirilən seçki ilə əlaqədar beynəlxalq təşkilatların rəyini dəyişdirə bilməz:

"5-10 nəfər təbii ki, 10 milyonluq Azərbaycan vətəndaşlarının iradəsinin ifadəsini öz boyunlarına götürə bilməzlər. Bu seçkilər növbədi dəfə Azərbaycanda radikal müxalifətə çox sarsıdıcı bir zərbə vurdu. Bu zərbənin birinci ifadəsini mən onda görürəm ki, cəmiyyətimiz çox qəti şəkildə bildirmək istəyir ki, Azərbaycanın siyasi həyatında və bütövlükdə Azərbaycan cəmiyyətində radikalizmə yer yoxdur. Vətəndaşlarımız nə siyasətdə, nə də ictimai həyatımızda radikalçıların olmasını istəyirlər və onlara qarşı özlərinin mövqeyini növbəti dəfə bu seçkilərdə ifadə etdilər.

İkinci çox mühüm cəhət ondan ibarətdir ki, radikal mövqedə duran müxalifət və onların həyata keçirmək istədikləri "siyasət" insanlarımız tərəfindən dəstəklənmir və vaxtilə Azərbaycanda hakimiyyətdə olan, ölkəni böhrana salan, çox çətin durumla üz-üzə qoyan, həmin o müxalifətin bu gün Azərbaycan cəmiyyətində insanların dəstəyinə ümid bəsələmələri tamamilə mənasız xülyadan başqa bir şey deyil. Cəmiyyətimiz açıq şəkildə onlara bildirmək istəyir ki, Azərbaycan vətəndaşları Azərbaycan iqtidarından və Prezident İlham Əliyevdən, həyata keçirilən siyasətdən mənundurlar. İnsanlarımız Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bundan sonra da inkişafına inanırlar və təbiidir ki, bu inam da bu seçkilərdə bir daha özünü göstərdi. Belə olan halda radikal müxalifət partiyalarının çox şübhəli davranışlarla Azərbaycan cəmiyyətini çaşdırmağa çalışması, əlbətə ki, radikal müxalifətçilərə hər hansı bir uğur gətirməyəcək".

Polis bir gündə 43 nəfəri saxladı like
  • 14 Fev 11:10  
Sosial Polis bir gündə 43 nəfəri saxladı

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və h

arrow Ətraflı
BU XIDMƏTLƏR icbari tibbi sığorta hesabına olmayacaq like
  • 14 Fev 11:09  
Digərləri BU XIDMƏTLƏR icbari tibbi sığorta hesabına olmayacaq

Azərbaycanda icbari tibbi sığorta sisteminə bu il daxil olmayan tibbi xidmə

arrow Ətraflı
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur” like
  • 14 Fev 11:05  
Dünya Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”

“Pakistanda özümüzü heç vaxt xarici ölkədə hiss etmirik, hazırda biz

arrow Ətraflı
İcbari tibbi sığorta sisteminə daxil olmayan tibbi xidmətlərin adları açıqlandı like
  • 14 Fev 11:04  
Sosial İcbari tibbi sığorta sisteminə daxil olmayan tibbi xidmətlərin adları açıqlandı

Azərbaycanda icbari tibbi sığorta sisteminə bu il daxil olmayan tibbi xidmə

arrow Ətraflı
Azərbaycanda 16 avtovağzal bağlanmaq təhlükəsi ilə üzüzə qalıb like
  • 14 Fev 11:04  
Digərləri Azərbaycanda 16 avtovağzal bağlanmaq təhlükəsi ilə üzüzə qalıb

Ölkədə qanunsuz fəaliyyət göstərən avtovağzallar sərnişinlərin həya

arrow Ətraflı
ESTN-də İsrailin yeni səfiri ilə görüş keçirilib like
  • 14 Fev 11:03  
Sosial ESTN-də İsrailin yeni səfiri ilə görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ESTN) İsrailin Azərbaycana ye

arrow Ətraflı
Afaq Aslandan Sevgililər Günü paylaşımı: Kimdə varsa, qorusun! like
  • 14 Fev 10:59  
Şou-biznes Afaq Aslandan Sevgililər Günü paylaşımı: Kimdə varsa, qorusun!

Müğənni Afaq Aslan daha bir "cəsarətli" addım atıb. 

arrow Ətraflı
Məktəbi vaxtından əvvəl bitirəcək şagirdlərin verdiyi imtahanın nəticələri məlum oldu like
  • 14 Fev 10:55  
Sosial Məktəbi vaxtından əvvəl bitirəcək şagirdlərin verdiyi imtahanın nəticələri məlum oldu

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəy

arrow Ətraflı
Bakıda əsas magistral yollarda sürət azaldıldı like
  • 14 Fev 10:54  
Digərləri Bakıda əsas magistral yollarda sürət azaldıldı

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər

arrow Ətraflı
Ege də “Hercai”yə çəkilir like
  • 14 Fev 10:49  
Digərləri Ege də “Hercai”yə çəkilir

Reytinqlərdə ilk sırada yer alan "Hercai" serialına yeni aktrisa d

arrow Ətraflı
Sabiq prokuror arvadını öldürüb, həyətində basdırdı like
  • 14 Fev 10:44  
Dünya Sabiq prokuror arvadını öldürüb, həyətində basdırdı

Şimali Osetiyada sabiq prokuror İqor Çeldiyevin şəhərkənarı torpaq sahə

arrow Ətraflı
Bakıda 7 marşrut xətti üzrə müsabiqə şərtləri açıqlandı like
  • 14 Fev 10:39  
İqtisadiyyat Bakıda 7 marşrut xətti üzrə müsabiqə şərtləri açıqlandı

Bakı Nəqliyyat Agentlliyi ​12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəz

arrow Ətraflı
Madonna fanatlarına görə konsertinə işıqsız davam etdi like
  • 14 Fev 10:39  
Digərləri Madonna fanatlarına görə konsertinə işıqsız davam etdi

Amerikalı müğənni Madonna "Madame X" turnesi çərçivəsində Lon

arrow Ətraflı
Rusiyada qeyri-adi evlilik təklifi - VİDEO like
  • 14 Fev 10:37  
Dünya Rusiyada qeyri-adi evlilik təklifi - VİDEO

Rusiyada hərbçi sevgilisinə T-72B3 tankları ilə evlilik təklifi edib.

arrow Ətraflı