ESTN-də İsrailin yeni səfiri ilə görüş keçirilib

Sosial 14 Fev 2020 11:03:51 147 0

ESTN-də İsrailin yeni səfiri ilə görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ESTN) İsrailin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Corc Dikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

© ETSN

ETSN-dən "Report"a bildirilib ki, görüş zamanı Azərbaycan və İsrail Dövləti arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.