Madonna fanatlarına görə konsertinə işıqsız davam etdi


Digərləri 14 Fev 2020 10:39:00 134 0

Madonna fanatlarına görə konsertinə işıqsız davam etdi

Amerikalı müğənni Madonna "Madame X" turnesi çərçivəsində Londonda verdiyi konsertdə musiqi və işıq olmadan da tamaşaçıları coşdura biləcəyini sübut edib.

Son.az axşam.az-a istinadən bildirir ki, saatlar 23:00 göstərərkən gözlənilmədən "Palladium" sarayının işıqları söndürülüb və pərdələr qapadılıb. Təşkilatçılar bununla ifaçıya konsertin başa çatdığını xatırlatmaq istəyiblər.

Lakin pərəstişkarlarının Madonna deyə çağırışı onu yenidən səhnəyə qaytarmağa vadar edib. Pərdəarxasından çıxan ifaçı musiqisiz və mikrafonsuz sevənlərini əyləndirməyə davam edib.