İsmayıllı sakinlərindən silah götürüldü


Sosial 14 Fev 2020 10:04:42 184 0

İsmayıllı sakinlərindən silah götürüldü

İsmayıllı sakinlərində qanunsuz saxladıqları ov tüfəngləri aşkarlanıb.

İsmayıllı sakinlərində qanunsuz saxladıqları ov tüfəngləri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN)Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"averilən məlumata görə,İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə uğurlu əməliyyat tədbirləri keçirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Minkə kənd sakini Səbuhi Həsənovdan “İJ-18”, Aşağı Zərnava kənd sakinləri-Zinhar Allahverdiyevdən “İJ”, Qədir Adıgözəlovdan “Tula”, Elçin Pənahovdan “TOZ-63” , Yenikənd kənd sakinləri Bəxtiyar və Sədri Bəbirovların hərəsindən 1 ədəd “TOZ-63” markalı müvafiq sənədləri olmayan, qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək