Bakıda heroin satan şəxs tutuldu


Sosial 14 Fev 2020 09:56:08 156 0

Bakıda heroin satan şəxs tutuldu

Bakıda narkotik vasitə satan şəxs saxlanılıb.

Bakıda narkotik vasitə satan şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nizami rayon ərazisində qeydə alınıb.

Belə ki, Nizami Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri - 1987-ci il təvəllüdlü C.Quliyevdən 325 qram heroin, ona psixotrop maddəni satan 1985-ci il təvəllüdlü R.Məmmədovdan isə 221 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.