DİM qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək


Sosial 14 Fev 2020 09:38:39 76 0

DİM qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək.

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək.

Mərkəzdən "Report"a verilən məlumata görə, imtahan iştirakçıları buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.

Sınaq imtahanında iştirakçılara 2020-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq hər ixtisas qrupunda 3 imtahan fənni üzrə test tapşırıqları təqdim olunacaq.

I qrup II qrup III qrup IV qrup Riyaziyyat Riyaziyyat Azərbaycan (rus) dili Biologiya Fizika Coğrafiya Tarix Kimya Kimya Tarix Ədəbiyyat Fizika

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 15104 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, Quba, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində, ümumilikdə 43 binada təşkil olunacaq.

Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45‑də başa çatacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

İmtahanların idarə edilməsi üçün 43 imtahan rəhbəri, 938 nəzarətçi-müəllim ayrılıb.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentlərin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir.

Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.

Koronavirusa görə yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var - RƏSMİ like
  • 14 Fev 09:38  
Sosial Koronavirusa görə yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var - RƏSMİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə

arrow Ətraflı
Bakıda avtomobil qaçıran gənc Şamaxıda tutuldu like
  • 14 Fev 09:36  
Sosial Bakıda avtomobil qaçıran gənc Şamaxıda tutuldu

Bakıda qadının avtomobili qaçırılıb.

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti artıb like
  • 14 Fev 09:33  
İqtisadiyyat Azərbaycan neftinin qiyməti artıb

​Azərbaycan neftinin qiyməti artıb

arrow Ətraflı
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.02.2020) like
  • 14 Fev 09:32  
İqtisadiyyat Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.02.2020)

​Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.02.2020)

arrow Ətraflı
Nazirlik: Minimum əməkhaqqının artırılmasına dair təkliflər hazırlanacaq like
  • 14 Fev 09:32  
Sosial Nazirlik: Minimum əməkhaqqının artırılmasına dair təkliflər hazırlanacaq

Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdi

arrow Ətraflı
Bakıda axtarışda olan 21 nəfər saxlanıldı like
  • 14 Fev 09:29  
Digərləri Bakıda axtarışda olan 21 nəfər saxlanıldı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış təd

arrow Ətraflı
İqtisad elmləri namizədi Etibar Əliyev vəfat edib like
  • 14 Fev 09:27  
Sosial İqtisad elmləri namizədi Etibar Əliyev vəfat edib

21.10.2015-ci il tarixli sərəncamına əsasən Etibar Əli oğlu Əliyev Azər

arrow Ətraflı
Bakıda ticarət mərkəzindən oğurluq edilib like
  • 14 Fev 09:25  
Sosial Bakıda ticarət mərkəzindən oğurluq edilib

Bakıda ticarət mərkəzindən oğurluq edən şəxslər saxlanılıb.

arrow Ətraflı
Azərbaycanın İsveçrədəki səfiri İsveçrə Parlamentinin Prezidenti ilə görüşüb like
  • 14 Fev 09:19  
Siyasət Azərbaycanın İsveçrədəki səfiri İsveçrə Parlamentinin Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım

arrow Ətraflı
Məşhur müğənni biabırçı şəklini paylaşdı like
  • 14 Fev 09:14  
Digərləri Məşhur müğənni biabırçı şəklini paylaşdı

Məşhur amerikalı müğənni Mayli Sayrus növbəti qalmaqala imza atıb.

arrow Ətraflı
Ucarda 6 otaqlı ev yanıb like
  • 14 Fev 09:09  
Digərləri Ucarda 6 otaqlı ev yanıb

Ucar rayonunun Aplout kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbli 6 ota

arrow Ətraflı
Lənkəranda 4 otaqlı ev yanıb, like
  • 14 Fev 09:04  
Digərləri Lənkəranda 4 otaqlı ev yanıb,

Lənkəran şəhərində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı e

arrow Ətraflı
Çindən kənarda yeni növ koronavirusa yoluxanların sayı like
  • 14 Fev 09:00  
Dünya Çindən kənarda yeni növ koronavirusa yoluxanların sayı

Çindən kənarda yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 500 nəf

arrow Ətraflı
ABŞ "Huawei"ə qarşı məhdudiyyətləri ertələməyi qərara aldı like
  • 14 Fev 08:57  
Dünya ABŞ "Huawei"ə qarşı məhdudiyyətləri ertələməyi qərara aldı

ABŞ Çinin "Huawei" şirkətinə qarşı məhdudiyyətləri ertələm

arrow Ətraflı