Şirvanda yeni doğulan körpə öldü


Digərləri 14 Fev 2020 09:39:00 159 0

Şirvanda yeni doğulan körpə öldü

Şirvan şəhərində iki gün əvvəl doğulan körpə ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, Hacıqabul sakini, 1999-cu il təvəllüdlü Mecdinova Türkan Güləhməd qızı fevralın 12-də oğlan uşağı dünyaya gətirib.

Bu gün səhər saatlarında körpə ölüb.

Körpənin meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.