Banqkokda universitet yaxınlığında atışma olub


Dünya 14 Fev 2020 08:54:00 152 0

Banqkokda universitet yaxınlığında atışma olub

Tailandın paytaxtı Banqkokda Çulalonqkorn Universiteti yaxınlığında atışma baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, şahidlər təhsil müəssisəsi yaxınlığında silah səslərini eşitdiklərini bildiriblər.

Şahidlərdən biri bildirilir ki, naməlum şəxs əvvəlcə havaya atəş açıb: "O, üç dəfə atəş açdıqdan sonra, silahını mənə tərəf yönəltdi".

Hazırda Banqkokun hüquq-mühafizə orqanlarının əməkdaşları təxminən 20 dəfə atəş açan şəxsin axtarışları ilə məşğuldurlar.