Çindən kənarda yeni növ koronavirusa yoluxanların sayı


Dünya 14 Fev 2020 09:00:00 125 0

Çindən kənarda yeni növ koronavirusa yoluxanların sayı

Çindən kənarda yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 500 nəfəri ötüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Çinin "CGTN" dövlət telekanalı xəbər verir.

Məlumata əsasən, 63 mindən artıq yoluxanlardan 505 nəfəri Çindən kənardadır.

Qeyd edək ki, Çində yeni növ COVID-19 koronavirusundan ölənlərin sayı 1380 nəfərə çatıb. Ölkədə yeni növ koronavirusa yoluxanların sayı 63851 nəfərə çatıb, xəstəlikdən sağalanların sayı isə 6723 nəfər təşkil edib.