Həkimlər koronavirusun müalicəsinin effektiv üsulunu tapıblar


Dünya 14 Fev 2020 08:30:00 126 0

Həkimlər koronavirusun müalicəsinin effektiv üsulunu tapıblar

Çinli həkimlər tərəfindən tətbiq olunmuş COVID-19 koronavirusundan sağalmış insanlardan plazmanın hazırda xəstə olan insanlara köçürülməsi metodikası effektivliyi sübut edib.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, yeni üsulun effektivliyi barədə mətbuat konfransı zamanı Uxan şəhərinin xəstəxanasının rəhbəri Çjan Dinyuy deyib.

Ekspertlərin sözlərinə görə, xəstəlikdən sağalan bəzi insanların plazmasında koronavirusla mübarizəyə kömək edən yad cismlər aşkar edilib.

Qeyd edək ki, dekabr ayının sonunda Çin hakimiyyətində Hubey əyalətinin Uxan şəhərində yeni növ koronavirusun yaylması barədə məlumat veriblər. Fevralın 11-i Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusa COVID-19 adı verib.