202 milyon dollar məbləğində "cek pot" udmuş şəxsin adı anonim qala bilər


Digərləri 14 Fev 2020 07:56:00 173 0

202 milyon dollar məbləğində "cek pot" udmuş şəxsin adı anonim qala bilər

"Mega Millions" lotereyasının nümayəndələri çərşənbə günü bildiriblər ki, Nyu-cersili lotereya həvəskarı 202 milyon dollar məbləğində "cek pot" udub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bilet çərşənbə axşamı Edisonda, "Quick Stop Food Store" mağazasında satılıb. "Mega Millions" şirkətinin icraçı direktoru Ceyms Kerinin sözlərinə görə, çərşənbə günü udulan "cek pot"a görə nağd pulla 142 milyon dollar ödəniləcək.

Keri çərşənbə günü keçirilmiş mətbuat konfransında "Quick Stop Food Store" mağazasının sahibinə 30 000 dollarlıq çek təqdim edib. Məlum olduğuna görə, əgər kimsə "cek pot" udursa, onun uduşunun müəyyən məbləği lotereya biletini satmış müəssisəyə ödənilir.

"Сek pot"un qalibinin adı açıqlanmaya bilər, çünki Nyu-Cersi ştatının qubernatoru Fil Merfinin bu ilin yanvarında imzaladığı yeni qanun lotereya biletinin qalibinin anonim qalmasına imkan verir. ABŞ ştatlarının çoxunun qanunvericiliyi uduşu alan qalibin adının açıqlanmasını tələb edir.