Dünyanın ən yaxşı otel əməkdaşı seçilib


Digərləri 14 Fev 2020 03:03:00 142 0

Dünyanın ən yaxşı otel əməkdaşı seçilib

Vyana şəhərinin mərkəzində yerləşən "Zaxer" otelinin 22 yaşlı əməkdaşı Nikola Farkas otelçilik sahəsində böyük nüfuza malik "Dünya üzrə ilin ən yaxşı qəbul əməkdaşı" mükafatını qazanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Varşavada keçirilən müsabiqədə Avstriya üçün ilk dəfə belə yüksək mükafatı əldə edən otel əməkdaşı bir il müddətində qəbul işçisi kimi müxtəlif tədbirlərə qatılacaq. Final mərhələsində on dörd rəqibini üstələyən N.Farkas yeddi ekspertdən ibarət jürinin rəğbətini qazana bilib. İkinci yeri Fransa, üçüncü yeri isə Avstraliya təmsilçisi tutub.

"Zaxer" otelinin direktoru Rayner Haylmann bu mükafatı ümumilikdə Avstriya otellərinə verilən yüksək qiymət kimi dəyərləndirib.

Qeyd edək ki, 1995-ci ildən bəri Qrand Otellərin Direktorları və Qəbul üzrə Menecerlərinin Beynəlxalq Birliyi tərəfindən hər il təşkil olunan yarışma yazılı test və rollar üzrə oyundan ibarətdir.