Dəməşq raket zərbəsinə məruz qaldı


Dünya 14 Fev 2020 02:28:01 125 0

Dəməşq raket zərbəsinə məruz qaldı

Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri paytaxt Dəməşqə hücumun qarşısını alıb.

Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri paytaxt Dəməşqə hücumun qarşısını alıb.

“Report” xəbər verir ki, bu barədə “Ikhbariya” dövlət kanalı bildirib.

Məlumata görə, Hava Hücumundan Müdafiə Qüvvələri bir neçə raketi vurmağa nail olub.

Zərbələrin məhz hansı hərbi qüvvələr tərəfindən endirildiyi məlum deyil. Sonuncu dəfə Dəməşq fevralın 6-da hücuma məruz qalıb. Həmin vaxt İsrailin Hərbi Hava Qüvvələrinin dörd F-16 qırıcısısı ərəb respublikasının paytaxtına səkkiz raket zərbəsi endirib. Suriyanın hökumət qoşunlarının Hava Hücumundan Müdafiə qüvvələri buna cavab olaraq zenit-raket komplekslərini tətbiq edib.