165 milyonluq malikanə aldı


Digərləri 14 Fev 2020 02:02:00 157 0

165 milyonluq malikanə aldı

Dünyanın ən zəngin insanı Ceff Bezos Beverli-Hillzdə 165 milyon dollara malikanə alıb. Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, u barədə "Wall Street Journal" mənbələrinə istinadən xəbər verib.

Bezos onu mediamaqnat Devid Qeffendən alıb. Bu, Los-Anceles rayonu üçün rekord məbləğli sövdələşmədir. Mənbələrin məlumatına görə, sövdələşmədə daşınmaz əmlak üzrə agentlər iştirak etməyib.

"Warner Estate" adlı malikanə 1930-cu illərdə "Warner Bros" şirkətinin prezidenti Cek Uorner üçün layihələndirilib. Burada geniş terraslar, bağlar, bir neçə qonaq evi, tennis kortu və qolf meydançası var.

Xatırladaq ki, daha əvvəl Bezos Nyu-Yorkda 80 milyon dollara üç mənzil almışdı.