Məşhur futbolçunun həyat yoldaşı hamiləlikdə sadəcə yarım kq kökəldiyini dedi


Digərləri 14 Fev 2020 01:01:00 163 0

Məşhur futbolçunun həyat yoldaşı hamiləlikdə sadəcə yarım kq kökəldiyini dedi

Futbolçu Arda Turanın həyat yoldaşı Aslıhan Doğan Turan hamiləliyin ilk dörd ayında yalnız yarım kilo kökəldiyini deyib.

Son.az xəbər verir ki, onun bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Mütəmadi olaraq kardio, pilates və yürüşə çıxan Aslıhan Turan qidalanmasına da ciddi fikir verdiyini bildirib. Aslıhanın sözlərinə görə, hamiləlik müddətində salatlara kino əlavə edir.

Onun rasionunun əsas hissəsini qəhvəyi düyü təşkil edir. Zülalla zəngin olan qəhvəyi düyü son dövrün ən dəbdə olan yeməklərindən biridir. Aslıhan Doğan Turan gündə ən azı 1 litr nanə, cəfəri və limonlu su içdiyini də əlavə edib. (publika.az)