Qanın ümumi analizi onkoloji xəstəliyi göstərirmi? –


Digərləri 13 Fev 2020 23:25:00 186 0

Qanın ümumi analizi onkoloji xəstəliyi göstərirmi? –

Qanın ümumi analizi ən ucuzu, ən asanı və savadlı həkim üçün xəstənin şəxsiyyət vəsiqəsi kimidir.

Çox oxucular soruşur ki, qanın bircə ümumi analizi ciddi xəstəlikləri, xüsusən şişlərin olub-olmamasını göstərə bilərmi və bunu necə bilək?

Son.az medicina.az-a istinadən bildirir ki, bəli, bu mümkündür. Düzdür, qanın ümumi analizini həkimdən başqası düzgün dəqiq təhlil edə bilməz. Amma yenə də bəzi məqamlar xəstəyə çox şeyi bəlli edir.

- Qanın ümumi analizində əsas leykositlərin səviyyəsinə baxılır. Məhz bu qan hüceyrələri infeksiya və mikrobla mübarizə aparır. Əgər onlar normadan yüksək çıxıbsa, deməli orqanizm iltihabi, virus və ya bakterial bir xəstəliklə mübarizə aparır. O xəstəliyin harda olmasını isə terapevt təyin edəcək

- Neytrofillər - mikrob və bakteriyaları udur. Leykositlərə kömək edir. Yüksək olması ciddi iltihaba işarədir. Xüsusən kəskin appendisit, hər hansı daxili iltihabda kəskin artır.

- Eozinofillər - allergiya, qurd, parazitlərə işarədir. Yüksəkdirsə, bundan şübhələnmək olar.

- Hemoqlobin - azdırsa, deməli qanazlığı, dəmir defisiti var. İnsanın yorğun, halsız, bənizi ağ, gözünün altı tünd, ürək ritmi artıbsa, mütləq qanda hemoqlobin az çıxacaq. Normadan aşağı yəni 120 minimum həddir. 120 -dən aşağı rəqəm qanazlığıdır və buna keçəcək deyə yanaşmaq olmaz.