Senat Trampın İrana qarşı səlahiyyətinin məhdudlaşdırılmasını bəyəndi


Dünya 13 Fev 2020 23:16:59 112 0

Senat Trampın İrana qarşı səlahiyyətinin məhdudlaşdırılmasını bəyəndi

ABŞ Konqresinin Senatı cümə axşamı prezident Donald Trampın İrana qarşı silahlı qüvvələrdən istifadə məsələsində səlahiyyətlərini məhdudlaşdıran qətnaməni bəyənib.

ABŞ Konqresinin Senatı cümə axşamı prezident Donald Trampın İrana qarşı silahlı qüvvələrdən istifadə məsələsində səlahiyyətlərini məhdudlaşdıran qətnaməni bəyənib.

“Report” TASS-a istinadən xəbər verir ki, iclasın yayımı qanunverici orqan yuxarı palatasının saytında aparılıb.

Qanun layihəsu Konqresin Nümayəndələr Palatasına göndəriləcək. Qeyd edilir ki, demokratların əksəriyyət təşkil etdiyi palata onu dəstəkləyəcək.

Ağ Ev artıq bildirib ki, Tramp bu halda qətnaməyə veto qoymaq niyyətindədir. Hazırda demokratların Senatda prezidentin vetosuna üstün gəlmələri üçün səsləri azdır.