Ağstafada 77 yaşlı qadın qızına görə intihar etdi


Sosial 13 Fev 2020 22:10:24 199 0

Ağstafada 77 yaşlı qadın qızına görə intihar etdi

Ağstafada qızının xəstə olduğunu bilən qadın intihar edib.

Ağstafada qızının xəstə olduğunu bilən qadın intihar edib.

"Report"un Qərb Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Zəlimxan kəndində baş verib.

Həmin kəndin sakini, 77 yaşlı Gülşən Əliyeva özünü həyətlərindəki yardımçı tikilidə asaraq intihar edib.

Ahıl qadının intiharına səbəb isə qızının səhhətində yaranan problemlərlə əlaqədar olub. O, qızının boğazında şiş olmasını eşidib. Bundan sonra qadın depressiyaya düşərək intihar edib.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.