Nissan da Yaponiyadakı zavodunu bağlayır


Digərləri 13 Fev 2020 21:40:00 120 0

Nissan da Yaponiyadakı zavodunu bağlayır

Daha bir avtomobil şirkəti Yaponiyadakı zavodunun fəaliyyətini dayandırır.

Son.az ted.az-a istinadən bildirir ki, Yaponiyanın Fukuoka bölgəsində  Nissan Motor şirkətinə məxsus zavod bağlanır.

Şirkət buna səbəb kimi  koronavirus təhlükəsinə  görə Çindən detalların idxalının dayandırılması olduğunu açıqlayıb.

Xatırladaq ki, bundan öncə Hyundai və Toyota da  belə addım addım ataraq Çin və Yaponiyadakı zavodlarının fəaliyyətini dayandırıb.