Parlament seçkiləri milli demokratiya tariximizdə mühüm bir hadisə kimi yadda qaldı


Siyasət 13 Fev 2020 20:51:00 47 0

Parlament seçkiləri milli demokratiya tariximizdə mühüm bir hadisə kimi yadda qaldı

Azərbaycanda keçirilən parlament seçkiləri milli demokratiya tariximizdə mühüm bir hadisə kimi yadda qaldı. Seçkilərin demokratik keçirilməsi üçün bütün hüquqi və siyasi tələblər yerinə yetirilmişdi.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, parlament seçkiləri bir daha onu göstərdi ki, Azərbaycanda ali qanunverici orqan məhz xalqın etimad göstərdiyi namizədlərdən formalaşacaq və ölkəmizdə həyata keçirilən islahatların ruhuna uyğun olaraq ictimai müzakirələrin mərkəzinə çevriləcək:

"9 fevral seçkilərində bir sıra mühüm yeniliklər də ictimai yaddaşa yazılmış oldu. Bunlar parlament seçkilərində namizədlərin çoxluğu, o cümlədən ən çox qadınların və gənclərin, eləcə də 19 siyasi partiyanın qeydə alınması idi. Bu, əslində cəmiyyətin siyasi palitrasının bütün təbəqələrinin, seçki prosesində iştirak etməsinin və edə bilməsinin göstəricisi kimi xarakterizə olunmalıdır. Şübhəsiz ki, demokratik cəmiyyətdə seçki marafonunda seçki gününə qədər inklüzivliyin təmin olunması mühüm bir hadisədir ki, bu da sonrakı mərhələdə seçkinin demokratik şəkildə keçirilməsini təmin edən əsas faktorlardan biri kimi çıxış edir. Ona görə də 1300-dən çox namizədin qeydə alınması, yəni müraciət edən və qanuni tələbləri yerinə yetirən hər bir namizədin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qeydə alınması ilə başlayan proses sonrakı mərhələdə də seçkilərin demokratik keçirilməsini təmin etmiş oldu. Bu faktor, eyni zamanda ciddi demokratik yarış mühiti və rəqabət formalaşdırdı ki, bu da demokratiyanın əsas atributlarından biridir".

H.Babaoğlu bildirib ki, bundan başqa, mühüm məsələlərdən biri də seçki marafonu çərçivəsində sərbəst toplaşmaq azadlığının və hər bir namizədin öz seçiciləri ilə sərbəst görüşməsinin təmin olunması idi ki, bunun da şahidi olduq. Bütün bunların nəticəsi idi ki, Azərbaycanda seçkini müşahidə edən çoxsaylı beynəlxalq və yerli müşahidə missiyaları da seçki və onun nəticələrini şübhə altına ala biləcək heç bir fikir səsləndirməyiblər:

"Düşünürəm ki, bu, milli demokratiya tariximizdə yeni bir keyfiyyət mərhələsinin başlanğıcıdır. Əlbəttə, qeyd etmək lazımdır ki, heç bir demokratik cəmiyyətdə ideal seçki keçirmək mümkün deyil. Ayrı-ayrı hallarda seçkinin ümumi nəticəsinə təsir etməyəcək kiçik nöqsanlar olubsa da, bununla bağlı seçki hüququna uyğun olaraq önümüzdəki hüquqi prosedurlar mərhələsində tədbir görüləcəkdir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında qeyd edib ki, əgər haradasa qanun pozuntusu varsa, onlarla bağlı da mütləq tədbirlər görülməlidir".

Deputat onu da vurğulayıb ki, əsas məsələlərdən biri də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qiymətləndirməsində bir sıra prosedur iradları qeyd edilsə də nəticənin legitimliyini şübhə altına alacaq heç bir fikirin səsləndirilməməsidir:

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəyi əslində seçkinin məhz demokratik, azad və sərbəst şəkildə keçirilməsini qəbul edən bir bəyanatdır. Bundan başqa, çoxsaylı qonşu ölkələrdən gələn müşahidə missiyalarının seçki ilə bağlı müşahidələri də müsbət oldu, bu da obyektiv reallığı əks etdirir. Əlbəttə ki, Azərbaycanın hədəfi bundan sonrakı mərhələdə də beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə demokratiya sahəsində əməkdaşlığı və tərəfdaşlığı davam etdirməkdir".

Son.az 

"Azerbaijan Golden Kids Awards 2020" mükafatlandırma mərasimi baş tutacaq like
  • 13 Fev 20:49  
Kriminal "Azerbaijan Golden Kids Awards 2020" mükafatlandırma mərasimi baş tutacaq

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Beynəlxa

arrow Ətraflı
Gənc Tamaşaçılar Teatrında “Dəli yığıncağı”nın premyerası olacaq like
  • 13 Fev 20:44  
Kriminal Gənc Tamaşaçılar Teatrında “Dəli yığıncağı”nın premyerası olacaq

Bu günlərdə Gənc Tamaşaçılar Teatrında Xalq artisti Cənnət Səlimovan

arrow Ətraflı
“CinemaPlus”da Sevgililər gününə like
  • 13 Fev 20:39  
Digərləri “CinemaPlus”da Sevgililər gününə

"CinemaPlus" kinoteatrlar şəbəkəsində "Cinemazadeh" stu

arrow Ətraflı
Elxan Ələsgərov: "Yerevan beynəlxalq hüquqa hörmət etməlidir" like
  • 13 Fev 20:36  
Siyasət Elxan Ələsgərov: "Yerevan beynəlxalq hüquqa hörmət etməlidir"

Fevralın 11-də Ermənistan XİN Avropa İnsan Haqları Məhkəməsinə (AİHM)

arrow Ətraflı
“Hədiyyəni ən çox kişi almalıdır” like
  • 13 Fev 20:34  
Şou-biznes “Hədiyyəni ən çox kişi almalıdır”

"Hədiyyənin zamanı olmur, insanın içindən gəlirsə, hər zaman ala b

arrow Ətraflı
Azərbaycanda 14 sahə komissiyası yaradılacaq like
  • 13 Fev 20:31  
Sosial Azərbaycanda 14 sahə komissiyası yaradılacaq

Azərbaycanda bacarıqların artırılması üzrə sahə komissiyaları yaradıl

arrow Ətraflı
Sabunçuda 3 otaqlı ev yanıb like
  • 13 Fev 20:29  
Digərləri Sabunçuda 3 otaqlı ev yanıb

Bakının Sabunçu rayonunda yanğın olub.

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 13 Fev 20:24  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Fevralın 14-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
"Facebook" və "Twitter" Rusiyada cərimələndi like
  • 13 Fev 20:20  
Dünya "Facebook" və "Twitter" Rusiyada cərimələndi

"Facebook" və "Twitter" ümumilikdə&8 milyon Rusiaya rublu (hər birini 63,4 m

arrow Ətraflı
Bir evdə yaşayırmışlar... like
  • 13 Fev 20:19  
Digərləri Bir evdə yaşayırmışlar...

Ötən gün ortaya çıxan Hadisə və Kaan Yıldırımın sevgi münasibətilə

arrow Ətraflı
Elmar Məmmədyarov Aİnin xüsusi nümayəndəsi ilə görüşüb like
  • 13 Fev 20:14  
Siyasət Elmar Məmmədyarov Aİnin xüsusi nümayəndəsi ilə görüşüb

Xarici İşlər naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nüma

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 13 Fev 20:09  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Azərbaycanda ölüm səviyyəsi azalıb like
  • 13 Fev 20:07  
Digərləri Azərbaycanda ölüm səviyyəsi azalıb

Azərbaycanda ötən il ölüm səviyyəsi aşağı düşüb.

arrow Ətraflı
Ali məktəblər üçün vahid məlumat bazasının yaradılması zəruridir like
  • 13 Fev 20:04  
Digərləri Ali məktəblər üçün vahid məlumat bazasının yaradılması zəruridir

Azərbaycanda akademik qurumlar və ali təhsil müəssisələri tərəfindən e

arrow Ətraflı
Yaponiyada güclü zəlzələ olub like
  • 13 Fev 19:59  
Dünya Yaponiyada güclü zəlzələ olub

Yaponiyanın şimal-şərqində Rixter cədvəli ilə 7 bal gücündə zəlzəl

arrow Ətraflı