Gənc Tamaşaçılar Teatrında “Dəli yığıncağı”nın premyerası olacaq


Kriminal 13 Fev 2020 20:44:00 188 0

Gənc Tamaşaçılar Teatrında “Dəli yığıncağı”nın premyerası olacaq

Bu günlərdə Gənc Tamaşaçılar Teatrında Xalq artisti Cənnət Səlimovanın quruluşunda "Dəli yığıncağı" tamaşasının daxili baxışı olub. Tamaşa Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə hazırlanıb.

Son.az xəbər verir ki, əsərin səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssam Telman Şıxıyıev, bəstəkar Firudin Allahverdi, rejissor assistenti Sevda Hacışəmiyevadır.

"Dəli yığıncağı"nda obrazları Xalq artisti Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar artistlər  Şövqi Hüseynov, Nofəl Vəliyev və başqaları ifa edirlər.

Ümumilikdə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olan yaşlı, orta və cavan nəsli təmsil edən aktyorların yer aldığı tamaşada Hacı Nayibi Xalq artisti Yasin Qarayev, Fazil Məhəmməd ibn Yaqub Küleynini, Əməkdar artist Şövqi Hüseynov, Dəli Molla Abbas ibn Yəqubu, Əməkdar artist Nofəl Vəliyev və Ramil Məmmədov, Pırpız Sonanı, Aygün Fətullayeva, Doktor Lalbluz obrazını isə Anar Seyfullayev ifa edirlər.