Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Əməkdaşlıq Sazişi təsdiq edilib


Siyasət 13 Fev 2020 19:45:00 166 0

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Əməkdaşlıq Sazişi təsdiq edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycan-AYİB Əməkdaşlıq Hesabı ilə əlaqədar Əməkdaşlıq Sazişinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycan-AYİB Əməkdaşlıq Hesabı ilə əlaqədar 2019-cu il noyabrın 22-də London şəhərində imzalanmış Əməkdaşlıq Sazişi təsdiq edilib.

Əməkdaşlıq Sazişi qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, Əməkdaşlıq Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avropa Yenidənqurma və İnkişaf Bankına bildiriş göndərsin.