Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI


Siyasət 13 Fev 2020 18:23:36 171 0

Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI

Mərkəzi Seçki Komissiyası (MSK)&Milli Məclisə seçkilərlə əlaqədar&4 dairədə keçirilmiş seçkinin nəticələrini ləğv edib.

© Report

Mərkəzi Seçki Komissiyasının(MSK) iclasındaMilli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

"Report" xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında müvafiq qərar qəbul olunub.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizədÇingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi -lider namizədHadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi -lider namizədRauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi -lider namizədHüseynbala Mirələmov.

Bundan əlavə, 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər müvafiqDairə Seçki Komissiyalarına göndərilib:

- 91 saylı Ucar seçki dairəsi

- 81 saylı Beyləqan seçki dairəsi

- 72 saylı Yardımlı-Masallı seçki dairəsi

- 95 saylı Tərtər seçki dairəsi

- 42 saylı Sumqayıt ikinci seçki dairəsi

- 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi

- 15 saylı Yasamal birinci seçki dairəsi

- 28 saylı Sabunçu üçüncü seçki dairəsi

- 79 saylı İmişli seçki dairəsi

- 60 saylı Salyan-Neftçala seçki dairəsi