Xaçmaz sakini 355 qram marixuana ilə tutuldu


Digərləri 13 Fev 2020 18:04:00 127 0

Xaçmaz sakini 355 qram marixuana ilə tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayon sakini M.Mehdiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Quba RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayon sakini M.Mehdiyev saxlanılmışdır.

Şəxsi axtarış zamanı ondan 355 qram marixuana aşkar edilərək götürülüb.