“Azərkimya” və “Petkim” arasında əməkdaşlıq sazişi imzalanıb


Digərləri 13 Fev 2020 18:09:00 134 0

“Azərkimya” və “Petkim” arasında əməkdaşlıq sazişi imzalanıb

"Azərkimya" İstehsalat Birliyi və Dünya İqtisadi Forumu SOCAR-ın Türkiyədəki analoji müəssisəsi olan "Petkim Petrokimya Holding A.Ş." şirkəti ilə əməkdaşlıq sazişi imzalayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, sazişə əsasən SOCAR-ın Türkiyə və Azərbaycandakı zavodları arasında işçi və təcrübə mübadiləsi aparılacaq.

Qeyd edək ki, 2020-ci ilin birinci rübündə "Azərkimya" İB-nin bir qrup gənc mühəndisi təcrübə toplamaq üçün "Petkim Petrokimya Holding A.Ş." zavoduna göndəriləcək.