Böyük Britaniyada yeni maliyyə naziri təyin olunub - YENİLƏNİB


Dünya 13 Fev 2020 17:34:00 126 0

Böyük Britaniyada yeni maliyyə naziri təyin olunub - YENİLƏNİB

Böyük Britaniyanın maliyyə naziri Sacid Cavid hökumətdəki dəyişikliklər çərçivəsində istefa verib.

Mühafizəkarlar Partiyasından olan deputat Rişi Sunak Sacid Cavidin istefasından sonra Böyük Britaniyanın yeni maliyyə naziri təyin olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya baş nazirinin dəftərxanasının məlumatında deyilir.

“Kraliça parlamentin fəxri üzvü Rişi Sunakı xəzinədarlığın kansleri vəzifəsinə təyin etməkdən məmnun idi”, - sənəddə deyilir.

Qeyd edək ki, 39 yaşlı R.Sunak Britaniya parlamentinə 2015-ci ildə seçilib. 2019-cu ilin iyul ayında o, baş nazir Boris Consonun hökumətində maliyyə naziri vəzifəsi alan S.Cavidin müavinlərindən biri təyin edilib.

*** 16:44

Böyük Britaniyanın maliyyə naziri Sacid Cavid hökumətdəki dəyişikliklər çərçivəsində istefa verib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Yeni maliyyə naziri kimi Rişi Sunakın təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu gün Britaniyanın baş naziri Boris Conson hökumətdə dəyişikliklər həyata keçirir. Nazirlər Kabinetinin yeni tərkibi fevralın 14-də keçiriləcək iclasda bir araya gələcək.