“Brilliant xanım məni qapıdan qovur” Röya


Şou-biznes 13 Fev 2020 17:59:00 166 0

“Brilliant xanım məni qapıdan qovur”  Röya

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi xalq artisti Röya Ayxan olub.

Son.az xəbər verir ki, Röya xalq artisti Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva haqqında ağız dolusu danışıb: "Özüm çox rahat insanam. Bəlkə də bundan irəli gəlir. Məsələn, mən biləndə ki, Brilliant xanım toyu aparır 10-15 dəq tez gedirəm. İçəri girib o qədər danışıram ki, axırda məni qapıdan gülə-gülə qovur ki, səsim batdı çıx-çıx... Keçən dəfə salonda bəzənirdim, Zülfiyyə Xanbabayeva gəldi dedi ki, düş aşağı, mən gecikirəm. Məni düşürüb özü bəzəndi. Mən gülürəm, özü də başlayır gülməyə. Bir-birimizə hər şeydə söz eləsək bu cür sevgi-hörmət olmaz. İçəri girəndə özümün və onun müsbət və mənfilərindən danışıram. Brilliant xanımla gözəl dostluğumuz var. Mən də onu çox sevirəm. Yaxşı ki, mənim belə sənətkarım var".

Son.az