SOCAR rəsmisi: “Şahdəniz” növbəti fazaların işlənməsinə imkan verən nəhəng potensiala malikdir”


İqtisadiyyat 13 Fev 2020 17:29:07 74 0

SOCAR rəsmisi: “Şahdəniz” növbəti fazaların işlənməsinə imkan verən nəhəng potensiala malikdir”

SOCAR rəsmisi: “Şahdəniz” 3-cü, hətta 4-cü mərhələsinin işlənməsinə imkan verən nəhəng potensiala malikdir”

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi demək olar ki, hazırdır.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “Euractiv” saytına müsahibəsində bildirib.

O qeyd edib ki, keçmişdə baş verən problemlər artıq həllini tapıb və layihə bütünlüklə yekunlaşmağa yaxındır: “Cənub Qaz Dəhlizi üzrə bütün işlərin ümumi dəyəri 40 mlrd. ABŞ dollarına yaxındır. Azərbaycan və Türkiyədə işlər zamanı əhəmiyyətli miqdarda qənaət olunub. Azərbaycan və Gürcüstanda qurudakı işlər 100% yekunlaşıb. Türkiyə ərazisində inşa olunan TANAP layihəsinin inşası da 100% başa çatdırılıb və noyabrın 30-da Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə kəmərin inşasının tamamlanması və Avropaya qaz nəqli üçün hazır olması ilə bağlı mərasim keçirilib”.

Layihənin ilkin dəyəri 45 mlrd. ABŞ dollar məbləğində qiymətləndirilirdi.

O qeyd edib ki, “Şahdəniz” qaz-kondensat yatağında 16 quyu qazılıb və indi əməliyyatlar üçün tam hazırdır. “Artıq 8 quyuda hasilat həyata keçirilir. Bu quyulardan qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə nəql edilir. Qalan quyular tədricən işə salınacaq, İtaliyada son işlər yekunlaşdıqdan sonra tam gücdə işə başlanacaq. Cənub Qaz Dəhlizinin yeganə tamamlanmamış hissəsi TAP kəməridir və onun 91%-i yekunlaşıb”,- SOCAR rəsmisi əlavə edib.

O bildirib ki, İtaliyanın cənubunda TAP-ın mikrotunelinin inşası artıq tamamlanıb.

SOCAR rəsmisi əlavə edib ki, TAP-ın yekunlaşması 2020-ci ilin sonuna planlaşdırılır. “Ola bilər ki, bu daha erkən tarixdə baş tutsun. Gördüyümüz işlər ən yüksək ekoloji standartlarda həyata keçirilib. Tikinti işlərinin təxirə salınması yeni arxeoloji kəşflərlə bağlı olub. Türkiyə və Yunanıstanda boru kəmərinin inşası zamanı bir çox yerlər aşkarlanıb. Hər dəfə bu baş verdikdə işlər dayandırılıb və səlahiyyətli şəxslər müvafiq addım atılması üçün dəvət edilib”,- V. Bəylərbəyov qeyd edib.

Hər bir boru kəmərində nəzərdə tutulan qaz həcmlərinə gəlincə isə V. Bəylərbəyov xatırladıb ki, Türkiyə artıq 2018-ci il iyulun 1-dən qaz alır:

“Türkiyə 2018-ci ildə təxminən 2 mlrd. kubmetr, 2019-cu ildə təxminən 4 mlrd. kubmetr qaz alıb. 2020-ci ildə isə tədarük təxminən 6 mlrd. kubmetr nəzərdə tutulub. Bu “Şahdəniz”in I Fazası çərçivəsində nəql olunan miqdardan əlavə həcmdir. Bundan əlavə, Yunanıstan və Bolqarıstan üçün 2 mlrd. kubmetr həcmində qaz ayrılıb. Bu həcmlər TAP boru kəməri və Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) tamamlandıqdan sonra nəql olunacaq".

O qeyd edib ki, TAP-ın bütün sistemi eyni anda işə salınacaq. SOCAR rəsmisi İtaliya üçün ildə 8 mlrd. kubmetr qaz nəqlinin nəzərdə tutulduğunu xatırladıb: “Bütün alıcılar sıraya düzülüb və təchizatı gözləyirlər. Ümid edirik ki, hər hansı maneələr olmayacaq”.

Cənub Qaz Dəhlizinin “Türk axını” ilə rəqabətdə olub olmadığı ilə bağlı V. Bəylərbəyov bildirib ki, bu bir çox journalist tərəfindən soruşulub və cavab həmişə “Yox” olub:“Bizim həcmlərimiz üçün Yunanıstan, Bolqarıstan və İtaliya ilə 25 illik müqavilə imzalanıb. TAP hazır olan kimi İtaliyaya qaz həcmləri çatdırılmağa başlanacaq. Bu dəyişdirilə bilməz. Rusiyanın, Liviyanın, Əlcəzairin və yaxud digər qazın olmasının fərqi yoxdur, çünki biz öz yerimizi təmin etmişik”.

Əgər İtaliyanın əlavə həcmlərə ehtiyacı olarsa, sualına cavabında isə SOCAR rəsmisi bildirib ki, İtaliyaya yaxın 10 ildə indikindən qat-qat çox qaz lazım olacağı gözlənilir: “Bu nöqteyi-nəzərdən Cənub Qaz Dəhlizinin və onun qolu olan TAP-ın ötürücülük gücü bu potensial kəsirin böyük hissəsini ödəməyə kifayət edir”.

“Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində qazılan 16 quyunun ümumilikdə İtaliya, Yunanıstan, Bolqarıstan və Türkiyəyə ildə 16 mlrd. kubmetr həcmin nəqlinə kifayət edib etməyəcəyi ilə bağlı suala V. Bəylərbəyov müsbət cavab verib, həmçinin qeyd edib ki, bu quyularda zamanla hasilat azaldıqca yeni quyular qazılacaq.

O, həmçinin inandığını bildirib ki, “Şahdəniz” yatağı III, hətta IV mərhələsinin işlənməsinə haqq qazandıracaq nəhəng potensiala malikdir.

V. Bəylərbəyov Azərbaycanın işlənmədə və kəşfiyyat mərhələsində olan digər yataqlarının nəhəng potensialını da qeyd edib.

MSK Hüseynbala Mirələmovun seçildiyi dairənin nəticələrini ləğv etdi - YENİLƏNİB like
  • 13 Fev 17:29  
Siyasət MSK Hüseynbala Mirələmovun seçildiyi dairənin nəticələrini ləğv etdi - YENİLƏNİB

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında&33 saylı xətai birinci seç

arrow Ətraflı
Məhkəmə Əmanətlərin Sığortalanması Fondunun rəhbərinin cəriməsini ləğv etdi like
  • 13 Fev 17:28  
Sosial Məhkəmə Əmanətlərin Sığortalanması Fondunun rəhbərinin cəriməsini ləğv etdi

Bakı Apellyasiya Məhkəməsində Əmanətlərin Sığortalanması Fondunun İc

arrow Ətraflı
Tomas Qolts ADA Universitetinin fəxri doktoru oldu like
  • 13 Fev 17:28  
Siyasət Tomas Qolts ADA Universitetinin fəxri doktoru oldu

Məşhur amerikalı jurnalist, müəllif, analitik Tomas Qolts Bakıda ADA Unive

arrow Ətraflı
ABŞda prezident seçkiləri kampaniyasında ancaq ağdərili namizədlər qalıb like
  • 13 Fev 17:26  
Dünya ABŞda prezident seçkiləri kampaniyasında ancaq ağdərili namizədlər qalıb

ABŞ-ın Massaçusets ştatının sabiq qubernatoru Deval Patrik prezidentlik am

arrow Ətraflı
MSK sədri: “Sosial şəbəkələrdə yayılan bütün dairələrdən olan məlumatları araşdırırıq” like
  • 13 Fev 17:24  
Siyasət MSK sədri: “Sosial şəbəkələrdə yayılan bütün dairələrdən olan məlumatları araşdırırıq”

"Sosial şəbəkələrdə yayılan bütün dairələrdən olan məlumatları ara

arrow Ətraflı
Özünə səhvən koronavirus diaqnozu qoydu və like
  • 13 Fev 17:20  
Digərləri Özünə səhvən koronavirus diaqnozu qoydu və

Hindistanın Andhra Pradeş ştatında 50 yaşlı fermer özündə səhvən koro

arrow Ətraflı
MSK Hüseynbala Mirələmovun seçildiyi dairəni müzakirə edir like
  • 13 Fev 17:18  
Siyasət MSK Hüseynbala Mirələmovun seçildiyi dairəni müzakirə edir

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında&33 saylı xətai birinci seç

arrow Ətraflı
Hadı Rəcəblinin dairəsinin də nəticələri like
  • 13 Fev 17:16  
Siyasət Hadı Rəcəblinin dairəsinin də nəticələri

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən icasında 74 saylı Lən

arrow Ətraflı
AQTA il ərzində məhv edilən qida məhsullarının həcmini açıqladı like
  • 13 Fev 17:15  
Digərləri AQTA il ərzində məhv edilən qida məhsullarının həcmini açıqladı

2019-cu il ərzində əhalinin qida təhlükəsizliyinin təmin edilməsi məqs

arrow Ətraflı
Gürcüstanın baş naziri Rusiyanın XİN başçısı ilə görüşəcək? like
  • 13 Fev 17:13  
Dünya Gürcüstanın baş naziri Rusiyanın XİN başçısı ilə görüşəcək?

Gürcüstanın baş naziri Giorgi Qaxaria Münhen Təhlükəsizlik Konfransında

arrow Ətraflı
MSK 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələrini ləğv edib like
  • 13 Fev 17:11  
Siyasət MSK 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələrini ləğv edib

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 74 saylı Lənkəran kənd se

arrow Ətraflı
Azərbaycanda “Sığorta Mübahisələri üzrə Mediasiya Mərkəzi” yaradılıb like
  • 13 Fev 17:11  
İqtisadiyyat Azərbaycanda “Sığorta Mübahisələri üzrə Mediasiya Mərkəzi” yaradılıb

Vergilər Nazirliyi “Sığorta Mübahisələri üzrə Mediasiya Mərkəzi” M

arrow Ətraflı
Elmar Məmmədyarov Avropa İttifaqının nümayəndəsini məlumatlandırıb like
  • 13 Fev 17:10  
Siyasət Elmar Məmmədyarov Avropa İttifaqının nümayəndəsini məlumatlandırıb

Xarici İşlər naziri&Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz

arrow Ətraflı
Rauf Arifoğlunun deputat seçildiyi dairənin də nəticələri like
  • 13 Fev 17:10  
Siyasət Rauf Arifoğlunun deputat seçildiyi dairənin də nəticələri

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən icasında 35 saylı Xət

arrow Ətraflı
26 cinayətin üstü açıldı like
  • 13 Fev 17:04  
Digərləri 26 cinayətin üstü açıldı

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində t

arrow Ətraflı