"Mən atamı çox istəyirəm" - şəhidin mərasimindən - REPORTAJ


Digərləri 13 Fev 2020 17:15:14 40 0

"Mən atamı çox istəyirəm" - şəhidin mərasimindən - REPORTAJ

Bu gün Qarabağ qazisi Qoşqar Hacıyevin üç mərasimi idi. Mərasim Bakıdakı Heydər məscidində keçirilirdi.

Bu gün Qarabağ qazisi Qoşqar Hacıyevin üç mərasimi idi. Mərasim Bakıdakı Heydər məscidində keçirilirdi.

Q.Hacıyev 2015-ci ilin sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanmışdı. Müalicəsi həm Bakıda, həm də Türkiyədə aparılsa da uzun müddət komada qaldı. 2020-ci ilin fevralın 10-u axşam saatlarında vəziyyəti ağırlaşan qazi həkim müdaxilələrinə baxmayaraq vəfat etdi.

Şəhidi yad etmək üçün məclisə gələnlərin “Allah rəhmət eləsin!” başsağlığına, qürurla “Vətən sağ olsun!” deyərək cavab verirdi şəhidin qardaşı İlqar Hacıyev.

Ağappaq saçını qara örpəklə örtən şəhidin anası Pəri Hacıyevaya yaxınlaşırıq. Bizi şux qarşılamağa çalışır. Oğlu şəhid olan analar övladları şəhid oldu deyə üzülmürlər, oğul itirirlər deyə üzülürlər... Pəri ana kimi. Bir də Qoşqarı görə bilməyəcəyini deyib ağlasa da, tez başını yuxarı qaldırıb “mən onu görməsəm də, o məni hər gün görəcək” deyir.

Pəri Hacıyevaya

Həmdərd olan şəhid yaxınları Pəri ananı tək qoymamışdılar. Ananın ətrafında şəhid anaları, şəhid yoldaşları cəm olmuşdu. Hamısı ilə bir-bir danışmaq istəyirdik, ancaq çətin idi şəhid anasının dilini söz tutması. Şəhid Füzuli Salahovun anası Sevda xanım kimi, Şəhid Ravil Novruzovun anası Nargilə xanım kimi, 2017-ci ildə Ağdamın Zəngişalı kəndində həlak olan Nahid Soltanovun anası kimi...

Ağır idi şəhid yoldaşının kövrəlmədən ömür-gününü bölüşdüyü insandan bəhs etməsi. Eyni ilə şəhid Xəqani Aslanovun həyat yoldaşı kimi. İki qaynının da (Vidadi Aslanov, Hasil Aslanov) şəhid olduğunu deyən xanım üç şəhid qardaşın şəklini göstərib susurdu.

Hərəsi bir köz yandırırdı ürəyinin tən ordasında. O köz ki, Xocalı faciəsində ölmüş anasından süd əmərkən donan Kübra Mahmudovanın buzunu “əridə” bilməmişdi hələ də. Elə Kübra xanım kimi həmin faciənin zərərçəkənlərindən biri olan Həmayil Xəlilova da burada idi.

Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, deputatlar Aydın Mirzəzadə, Aydın Hüseynov, Adil Əliyev də iştirak edirdi.

Qarabağ qaziləri və Aprel döyüşçüləri, ehtiyatda olan hərbçilər, şəhid valideynləri, şəhər sakinləri, mətbuat nümayəndələri də mərasimə qatılmışdılar.

“Üç gün əvvəl şəkil çəkdirmişdim dostum Abdulla ilə. Bu gün deyirəm ki, şəkli paylaşanda altında nə yazım? Deyir üç gün əvvəl soruşsaydın fəxrlə deyərdim ki, qazi oğlu yaz. İndi fəxrlə deyirəm ki, şəhid oğlu yaz”.

Bunu şəhid oğlu Abdulla Hacızadənin dostu balaca İbrahim Şirinov deyir. Abdulla isə eyni sözləri təkrarlayır: “Mən atamla fəxr edirəm, fəxr edirəm ki, şəhid oğluyam”.

Əmisi İlqar Hacıyevə yaxınlaşmaq istəyəndə tez yanıma gəlib çəkinə-çəkinə pıçıldayır:

- Olarmı ürəyimdən gələn bir söz də deyim?

-De, mənim balam.

-Mən atamı çox istəyirəm!

Deyib, sakitcə uzaqlaşır yanımdan...

Şəhidin qardaşlarına başsağlığı verib, mərasim zalını tərk edirik. Tərk etmədiyimiz isə Abdullahın son cümləsi idi...

Müxbir:Azadə Yolçu

Foto-video: Vüqar Xanlarov

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
AQTA il ərzində məhv edilən qida məhsullarının həcmini açıqladı like
  • 13 Fev 17:15  
Digərləri AQTA il ərzində məhv edilən qida məhsullarının həcmini açıqladı

2019-cu il ərzində əhalinin qida təhlükəsizliyinin təmin edilməsi məqs

arrow Ətraflı
Gürcüstanın baş naziri Rusiyanın XİN başçısı ilə görüşəcək? like
  • 13 Fev 17:13  
Dünya Gürcüstanın baş naziri Rusiyanın XİN başçısı ilə görüşəcək?

Gürcüstanın baş naziri Giorgi Qaxaria Münhen Təhlükəsizlik Konfransında

arrow Ətraflı
MSK 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələrini ləğv edib like
  • 13 Fev 17:11  
Siyasət MSK 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələrini ləğv edib

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 74 saylı Lənkəran kənd se

arrow Ətraflı
Azərbaycanda “Sığorta Mübahisələri üzrə Mediasiya Mərkəzi” yaradılıb like
  • 13 Fev 17:11  
İqtisadiyyat Azərbaycanda “Sığorta Mübahisələri üzrə Mediasiya Mərkəzi” yaradılıb

Vergilər Nazirliyi “Sığorta Mübahisələri üzrə Mediasiya Mərkəzi” M

arrow Ətraflı
Elmar Məmmədyarov Avropa İttifaqının nümayəndəsini məlumatlandırıb like
  • 13 Fev 17:10  
Siyasət Elmar Məmmədyarov Avropa İttifaqının nümayəndəsini məlumatlandırıb

Xarici İşlər naziri&Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz

arrow Ətraflı
Rauf Arifoğlunun deputat seçildiyi dairənin də nəticələri like
  • 13 Fev 17:10  
Siyasət Rauf Arifoğlunun deputat seçildiyi dairənin də nəticələri

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən icasında 35 saylı Xət

arrow Ətraflı
26 cinayətin üstü açıldı like
  • 13 Fev 17:04  
Digərləri 26 cinayətin üstü açıldı

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində t

arrow Ətraflı
Zeytun yağlı lobya (1 yaş +) like
  • 13 Fev 17:02  
Digərləri Zeytun yağlı lobya (1 yaş +)

Zeytun yağlı lobya 1 yaş və daha yuxarı yaşda körpələr üçün uda bil

arrow Ətraflı
35 saylı Xətai üçüncü seçki dairəsinin nəticələri ləğv edilib like
  • 13 Fev 17:01  
Siyasət 35 saylı Xətai üçüncü seçki dairəsinin nəticələri ləğv edilib

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 35 saylı Xətai üçüncü s

arrow Ətraflı
“Bank Respublika” “Visa Cashless” forumunda “Open Banking” layihəsini təqdim etdi like
  • 13 Fev 17:00  
İqtisadiyyat “Bank Respublika” “Visa Cashless” forumunda “Open Banking” layihəsini təqdim etdi

​“Bank Respublika” “Visa Cashless” forumunda “Open Banking” layih

arrow Ətraflı
Quba polisi əməliyyat keçirdi: like
  • 13 Fev 16:58  
Digərləri Quba polisi əməliyyat keçirdi:

Quba Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlar

arrow Ətraflı
Çingiz Qənizadənin dairəsinin nəticələri like
  • 13 Fev 16:54  
Digərləri Çingiz Qənizadənin dairəsinin nəticələri

80 saylı İmişli-Beyleqan Seçki dairəsində seçkinin nəticələri ləğv o

arrow Ətraflı
Azərbaycan iqtisadiyyatın rəqəmsal transformasiyasında yüksək fəallıq nümayiş etdirir like
  • 13 Fev 16:53  
Digərləri Azərbaycan iqtisadiyyatın rəqəmsal transformasiyasında yüksək fəallıq nümayiş etdirir

Azərbaycan hər il ölkə iqtisadiyyatının rəqəmsal transformasiyasının t

arrow Ətraflı
Azərbaycanda bu məhsullar bahalaşıb  RƏSMİ like
  • 13 Fev 16:47  
Digərləri Azərbaycanda bu məhsullar bahalaşıb RƏSMİ

2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ay

arrow Ətraflı