Zeytun yağlı lobya (1 yaş +)


Digərləri 13 Fev 2020 17:02:00 149 0

Zeytun yağlı lobya (1 yaş +)

Zeytun yağlı lobya 1 yaş və daha yuxarı yaşda körpələr üçün uda biləcəyi şəkildə yaxşıca doğranaraq, bişirilib rahatlıqla verə bilinən bir yeməkdir.

Təzə lobya həm lif baxımından, həm də vitamin və mineral baxımından zəngindir. Qatıq ilə birlikdə çox dadlı və faydalı bir yeməkdir. 100 qramında təxminən 2 qram zülal olan bu tərəvəz, bitki mənşəli zülal ilə zəngindir. Bu tərəvəzi  sağlam qidalanma üçün süfrələrinizdən əksik etməməyiniz məsləhətdir. Pomidor ilə bişirildikdə içindəki likopen (antioksidant) miqdarı ilə son dərəcə faydalı bir qida alınır.

Sağlam qidalanma üçün çox faydalı olan zeytun yağı ilə hazırlanan bu yeməyi körpələrinizin menyusuna əlavə edin. Təzə lobya lif və zülal ilə yanaşı, vitamin A, vitamin C, dəmir, mis, kalium, fosfor, maqnezium və kalsium ilə boldur. Evlərimizdə tez-tez bişirilən bu yeməyi uşaqlardan da əsirgəməmək və onları tərəvəz yeməyinə zamanında öyrəşdirmək doğru bir yanaşmadır. Uşaqların ürəklərini sındırmadan, çox məcbur etmədən, vaxtaşırı sevdikləri yeməkləri bu cür faydalı yeməklər ilə əvəz edə bilərsiniz. Unutmayın ki, heç bir vərdiş bir anda yaranmır. Onların da zamana ehtiyacı vardır.